Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/16.01.21/Turan: Yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” dövlət lotereya şirkətinin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” (Türkiyə) şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinin idarəetməsinə verilməsinə dair sərəncam imzalayıb.

Qərar “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” AR Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli fərmanına uyğun olaraq verilib.

Yuxarıda qeyd olunan şirkətin necə seçildiyi məlum deyil.

Açıq mənbələrdəki məlumatlara əsasən, “Ymt Sans B.V.” şirkəti 2020-ci ildə Niderlandın Ticarət-Sənaye Palatasında 81097719 nömrə ilə qeydiyyata alınıb.

Nazirlər Kabinetinə iki ay müddətində İqtisadiyyat Nazirliyinin “Azərlotereya” ASC-nin “YMT Sans B.V.” şirkətininin idarəetməsinə verilməsinə dair müqaviləni imzalamağını təmin və təsdiq etmək tapşırılıb.

Nazirlər Kabineti bu müddət ərzində həm də lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə normativ hüquqi aktlarının təkmilləşdirilməsinə dair təkliflər hazırlayacaq.

Prezidentin fərmanında qeyd olunur ki, “Azərlotereya” ASC-nin təhvil-təslim işləri onun idarəetməyə verilməsinə dair müqavilə imzalanandan sonra 5 ay müddətinə uzana bilər.

“Azerlotereya” ASC 2001-ci ilin noyabr ayında İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib və tirajlı lotereyaların təşkili və  keçirilməsində dövlət inhisarçısıdır.

2019-cu ildə lotereya şirkətinin gəlirləri 60 mln. manata çatıb. Bir ildə 7 mln. manat balans mənfəəti əldə edilib. Biletlərin satış distribyutorları “Caspian Tech” QSC, “Lotto Yayım” MMC, “Mobil Loto” MMC və “Azerpoçt” MMC-dir. 

Demirören Holding 1956-cı ildə yaranıb və Demirören ailəsinə məxsusdur. Holdinq media, reklam, daşınmaz əmlak, turizm, sənaye, lotereya oyunlarının təşkili, rəqəmsal texnologiyalar sahəsində məşğuldur.

Holdinq 2019-cu ildən lotereya biznesində təmsil olunur. 08D

 

Rəy yaz

İqtisadiyyat

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti