Аркадий Дубнов

Аркадий Дубнов

Bakı/11.01.21/Turan: Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər Moskva Qarabağ münaqişəsinin nizamlanması üzrə hansısa nəticələrə nail olmaq istəyir ki, bu məsələni müstəqil həll etsin, ABŞ və Fransanın müdaxiləsinə yol verməsin. Tanınmış rusiyalı jurnalist və analitik Arkadi Dubnov "Azadlıq" radiosuna müsahibəsində bildirib.

O, Rusiyanın Ermənistandan fərqli olaraq Azərbaycanın sülhməramlıların mandatı haqda sənədi imzalamamasından narahat olduğunu etiraf edib. "Bakı Dağlıq Qarabağa, o cümlədən Ermənistan tərəfindən giriş məntəqələrinə nəzarət əldə etməyi,  Qarabağda erməni hərbçilərin tamamilə tərksilah edilməsini istəyirdi. Bakı bu gün Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan bir hissəsinin də idarə olunmasında iştirak etmək istərdi. Hesab etmirəm ki, bu cür iddiaları tamamən Moskvada qəbul etməyə hazırdırlar", - Dubnov deyib.

Moskva Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü barədə məlumatlardan da narahatdır.  Bu, Moskvanın Ankara və Bakı ilə münasibətlərinə mənfi təsir göstərir, Dubn bildirib və qeyd edib ki, noyabrın 9-də Rusiyanın Mi-24  vertolyotunun azərbaycanlı hərbçilər tərəfindən  vurulmasına dair Moskvanın mövqeyinin sərtləşdirilməsini təsadüfi saymır. “"Mən bunu Moskva üçün də ümumi əlverişli şəraitə nail olmaq üçün Bakıya təzyiqin bir elementi kimi qiymətləndirirəm", -  o bildirib.

Azərbaycan Moskva və Yerevanı Naxçıvan vasitəsilə yolun açılması və regionun iqtisadi transformasiyası ilə maraqlandırmağa çalışır. "Düşünürəm ki, bu, ciddi təklifdir və bu təklifdən, çətin ki Moskvada kənara çəkilsinlər". Dubnov hesab edir ki, bu, Moskvaya öz enerji resurslarının Qərbə ixracı marşrutlarını diversifikasiya etməyə kömək edəcək.-02D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti