İkinci Qarabağa müharibəsində şəhid olanarın yeni siyahısı
Bakı/11.01.21/Turan: Azərbaycan Müdafi Nazriliyi İkinci Qarabağ müharibəsndə şəhid olmuş hərbi qulluqçuların siyahısını yayıb.
Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun olaraq Ağdam rayon mərkəzində daxil olub. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib.-0-
Siyasət
-
Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. O, bu barədə mayın 18-də iqamətgahında keçirdiyi brifinqdə məlumat verib.
-
Mayın 15-də istintaq təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin olan ailə üzvləri onuntaleyindən narahatdər. Mayın 16-dan bəri o ailsi əlaqə saxlamayıb və onun haqqında heç bir məlumat yoxdur.
-
İranın Energetika Nazirliyinin məlumatına görə, bazar günü İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Qız Qalası" və "Xudafərin" bəndlərinin açılış mərasimi olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.
Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 13:57
- 355
Rəy yaz