Мгер Григорян
Ermənistan Azərbaycan və RF ilə üçtərəfli İşçi Qrupda iştirak edəcək nümayəndəsinin adını açıqlayıb
Bakı/12.01.21/Turan: RF, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünün yekunlarına görə regionda iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin açılması üçün yaradılan İşçi Qrupa Ermənistan tərəfdən Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Bu barədə yanvarın 12-də Ermənistan KİV-ləri Ermənistan hökumətinə istinadla məlumat veriblər.
Qeyd edək ki, İşçi Qrupun yaradılması qərarı yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündə qəbul edilib. Qrupun məqsədi regionda iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və nəqliyyat kommunikasiyalarının açılmasıdır. Razılaşmaya əsasən, RF-Azərbaycan-Ermənistan üçtərəfli qrupunun ilk iclası yanvarın 30-na qədər keçiriləcək.
İşçi Qrupda Azərbaycanı baş nazirin müavini Şahin Mustafayevin, Rusiyanı isə hökumət başçısının müavini Aleksey Overçukun təmsil edəcəyi gözlənilir. -02D-
-
- Cəmiyyət
- 12 Yanvar 2021 17:39
Siyasət
-
Bu gün vəkil Elmar Süleymanov 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.
-
1 May - Beynəlxalq Əmək Günündə işçi haqları fəalları işçilərlə həmrəy olduqlarını nümayiş etdirmək üçün Bakının Mərkəzi Parkında yerləşən körpüyə "Sahib olduğunuz sərvət işçilərdən oğurluqdur" bannerini asıblar.
-
Mayın 1-də Azərbaycan prezidenti İlham Əliyev İraq Respublikası parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
-
Bakı Şəhər İcra hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib. Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.
Rəy yaz