Recep Tayyip Erdogan and Vladimir Putin.
Putin və Ərdoğan Qarabağa dair üçtərəfli görüşün nəticələrini müzakirə ediblər
Moskva/13.01.21/Turan: Rusiya prezidenti Vladimir Putin na yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün əsas nəticələri barədə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanı məlumatlandırıb. Çərşənbə günü Kremlin mətbuat xidməti iki ölkə liderinin telefon danışığı barədə məlumat verib.
Putin bildirib ki, danışıqların əsas nəticələrindən biri Azərbaycanla Ermənistanın münasibətləri normallaşdırmaq əhval-ruhiyyəsində olduqlarını, dinc həyatın qurulmasında, təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasında praktiki qarşılıqlı fəaliyyətə hazır olduqlarını təsdiq etmələridir. Putin deyib ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin ümumi sabitləşməsi bu istiqamətdə bir sıra vacib addımların razılaşdırılmasına imkan verib.
Öz növbəsində R.T.Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində Rusiyanın səylərini dəstəklədiyini bildirib, regionun iqtisadi inkişafı və qarşılıqlı faydalı layihələrin irəliləməsi naminə Rusiya və Türkiyənin səylərinin davam etdirməsinin vacibliyini qeyd edib.
Tərəflər həmçinin münaqişə zonasında atəşkəsin və hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzinin yaradılması aspektlərinə də toxunublar.
Qarşılıqlı əmtəə dövriyyəsinin artırılması, müxtəlif əsas istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, həmçinin koronavirus pandemiyası ilə mübarizə problemləri, o cümlədən vaksinlərin birgə istehsalı planları müzakirə olunub. Müxtəlif səviyyələrdə müntəzəm dialoqun saxlanması barədə razılığa gəlinib, məlumatda qeyd olunur.-02D-
-
- Cəmiyyət
- 13 Yanvar 2021 16:49
-
- Sosial sahə
- 13 Yanvar 2021 19:26
Siyasət
-
Mayın 10-da dövlət başçısı Şuşaya gəlib, burada tikinti və bərpa işləri ilə tanış olub. Əliyev birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə söhbət edib.
-
Mayın 10-da Almatıda Qazaxıstan XİN-in vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb.
-
Bu gün Bakı Apellyasiya Məhkəməsi "Abzas Media-nın işi" üzrə qaçaqmalçılıqda ittiham olunan jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayəti təmin etməyib.
-
Mayın 10-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu yaxınlarda ev dustaqlığına buraxılan doktor Qubad İbadoğlu ilə görüşüb.
Rəy yaz