Maria Zakharova.

Maria Zakharova.

Moskva/15.01.21/Turan:  Rusiya Azərbaycan və Ermənistan ictimai xadimlərinin humanitar xarakterli təşəbbüslərini hər vəchlə alqışlayır. Bu barədə cümə günü brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, eləcə də iki ölkə arasında humanitar xarakterli birgə tədbirlərin keçirilməsini hər vəchlə alqışlayardıq.

Bizim fikrimizcə, bu cür təşəbbüslər barışıq, etimad, qarşılıqlı anlaşma atmosferinin formalaşmasına kömək edir, həm Azərbaycan və Ermənistan xalqlarına, həm də bütün Cənubi Qafqaz regionuna, deməli, Rusiya Federasiyasına fayda verir.

Əgər Bakı və Yerevan bu istiqamətdə səmimi hərəkət etmək  əhval-ruhiyyəsində olduqlarını nümayiş etdirsələr, Rusiya tərəfi şübhəsiz ki, belə humanitar aksiyalara dəstək verəcək", - o deyib. -02D-

 

Rəy yaz

Siyasət

Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti