president.az
Prezident İlham Əliyev ailəsi ilə birlikdə gecəni Şuşada keçirib
Bakı/15.01.21/Turan: "Mən Şuşaya birgünlük səfər etməyi planlaşdırırdım, amma buraya gələndən sonra qərara gəldim ki, gecəni burada keçirmək lazımdır. Buna baxmayaraq, çox az yatdım. Yəqin bu, həyəcandan idi. Çünki biz Şuşanı qaytaracağımız günü uzun illər arzulayırdıq". Bu barədə dövlət başçısı İlham Əliyev yanvarın 15-də günorta Şuşadan ölkə vətəndaşlarına müraciətində deyib.
"Dünən biz şəhərin demək olar ki, bütün görməli yerlərini gəzdik, daha doğrusu, onlardan nə qalmışsa oranı.
Mən əmin etmək istəyirəm ki, bu şəhər nəinki bərpa olunacaq, həm də Azərbaycanın əsl incisi, mədəniyyətimizin əsl mərkəzi olacaq.
Yəqin ki, Şuşada ən gözəl yer Cıdır Düzüdür, buradan bütün Qarabağa heç nə ilə müqayisə olunmayan mənzərə açılır. Burada olarkən dərindən dərk edirsən ki, biz bu sərvəti necə qiymətləndirməliyik və necə qorumalıyıq ki, onu bir də heç vaxt itirməyək", - İlham Əliyev deyib.-02B-
-
- Siyasət
- 15 Yanvar 2021 18:10
Siyasət
-
Cümə axşamı Birləşmiş Ştatlar sülh sazişi üzrə danışıqları irəli sürmək üçün mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etmək təklifini alqışlayıb.
-
Mayın 9-da Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, bu nəşrin baş redaktoru Sevinc Vaqifqızı və onlayn Meclis.info platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə ayrıca baxılıb. Prosesə Fuad Axundov sədrlik edib.
-
Çərşənbə günü ABŞ bildirib ki, Gürcüstanın hakim partiyasından qaynaqlanan antiqərb ritorikasının güclənməsindən narahatdır.
-
Mayın 9-da Azərbaycan İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 79-cu ildönümünü qeyd edir. Bu hadisə münasibətilə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tarixin bu dönüş fəslində Azərbaycan xalqının göstərdiyi yenilməz fədakarlığı və qəhrəmanlığı yad ediblər.
Rəy yaz