Açiq mənbələrdən foto.
EİMŞ Ə.Elçibəyə hücumları pisləyib
Bakı/18.01.21/Turan: Elçibəy İnstitutunun Məsləhət Şurası (EİMŞ) Azərbaycan prezidenti İlham Əliyevin Əbülfəz Elçibəy hökumətinin ünvanına mənfi ifadələri ilə bağlı təəssüf və etiraz yer alan bəyanat yayıb.
Sənəddə qeyd edilir ki, prezident Əliyev yanvarın 6-da hökumətin iclasında və daha sonra azad edilmiş Şuşaya səfəri zamanı mərhum eks-prezident Əbülfəz Elçibəy, Xalq Cəbhəsi, Müsavat Partiyası haqqında həqiqətə uyğun olmayan, tarixi faktlara zidd olan, ədalətsiz, qaralayıcı ifadələr işlədib.
Sənəd müəllifləri Vətən Müharibəsində qələbə və milli həmrəylik rəmzinə çevrilmiş yerdə bu cür ifadələr səsləndirilməsini zərərli və dövlətin maraqlarına zidd hesab edirlər.
EİMŞ bəyan edir ki, milli birliyə xələl gətirən bu xətt davam etdirildiyi təqdirdə buna adekvat üslubda və məzmunda cavab veriləcək.
İ.Əliyev yanvarın 14-də Şuşada çıxış edərkən bildirib ki, Şuşa və Laçın ölkədə hakimiyyəti ələ keçirmək məqsədilə "AXC-Müsavat"ın satqınlığı nəticəsində düşmənə verilib. -06D-
-
- Cəmiyyət
- 18 Yanvar 2021 12:29
-
- İqtisadiyyat
- 18 Yanvar 2021 12:35
Siyasət
-
Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. O, bu barədə mayın 18-də iqamətgahında keçirdiyi brifinqdə məlumat verib.
-
Mayın 15-də istintaq təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin olan ailə üzvləri onuntaleyindən narahatdər. Mayın 16-dan bəri o ailsi əlaqə saxlamayıb və onun haqqında heç bir məlumat yoxdur.
-
İranın Energetika Nazirliyinin məlumatına görə, bazar günü İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Qız Qalası" və "Xudafərin" bəndlərinin açılış mərasimi olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.
Rəy yaz