Лариса Аракелян.

Лариса Аракелян.

Bakı/04.01.20/Turan: Yeni il ərəfəsində Facebook-da özünü Dağlıq Qarabağdan olan hüquq müdafiəçisi adlandıran Larisa Arakelyan adlı şəxsin elanı yayımlanıb. O, Sumqayıtda, Bakıda, Gəncədə və Azərbaycanın digər rayonlarında 1988-91-ci illərdə, Birinci Qarabağ müharibəsi zamanı (1991-94-cü illər), 2016-cı il aprel müharibəsi zamanı, habelə 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı ziyan çəkmiş erməniləri şahid ifadələrini göndərməyə çağırıb.

"Azərbaycan və Türkiyəyə qarşı AİHM-ə verilməsi üçün yuxarıda qeyd edilən regionlardan olan dinc əhalinin ərizələrini və şahid ifadələrini toplamağa davam edirik (yanvarın 13-nə qədər).

Lazım olanlar:

- ərizəçinin şahid ifadəsi (biz nümunəni, ifadələrdə işıqlandırılmalı olan məsələləri göndərəcəyik)

- əmlakınızı təsdiq edən sənədlər (yoxdursa, sadəcə ünvan göstərilməlidir, qalan hər şeyi Arsax və Ermənistan hökuməti Sizin məhkəməyə verdiyiniz ərizə əsasında təqdim edəcək)

- evinizin, həyətinizin foto və ya videogörüntüləri (çox köhnə də olsa olar)

- yuxarıda bəhs edilən hadisələri əks etdirən foto və videogörüntülər, varsa, harada, kimin başına gəldiyi göstərilməklə

- yuxarıda qeyd edilən hadisələr zamanı Azərbaycan tərəfindən vəhşi davranışı əks etdirən istənilən sənədlər, məqalələr və dəlillər.

Azərbaycana qarşı 2020-ci ildə 44 günlük müharibə zamanı baş verən hadisələrlə bağlı iddia verməklə yanaşı, Sumqayıt, Bakı, Kirovabad, Mingəçevir və Azərbaycanın digər rayonlarında erməni əhaliyə qarşı törədilmiş talanla bağlı 2006-cı ildə dondurulmuş iddianı bərpa edirik.

Xahiş edirik, Messenger-ə və ya humanrights.artsakh@gmail.com elektron poçt ünvanına yazın. 

Sənədlərinizin sosial şəbəkələrə və ya azərbaycanlıların əlinə düşməyəcəyinə zəmanət verirəm. Hamısı insan hüquqları üzrə vəkillərə təqdim ediləcək, onlar bizim işlərimizi Strasburqda AİHM-ə verəcəklər.

Bütün sənədləri birbaşa bizim Yerevanda yerləşən vəkillərimizə təqdim edə bilərsiniz. 

Sənədlər 13 yanvar 2021-ci ilə qədər qəbul edilir.

Hörmətlə, 

Larisa Arakelyan 

humanrights.artsakh@gmail.com". -02D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti