Sergei Lavrov.

Sergei Lavrov.

Moskva/18.01.21/Turan: Dağlıq Qarabağın müstəqilliyini tanımaq və Rusiyanın tərkibinə daxil etmək fikri Moskvanın ağlının ucundan belə keçmir, bu barədə bazar ertəsi RF XİN başçısı Sergey Lavrov bildirib.

“Dağlıq Qarabağın RF-nin tərkibinə daxil edilməsi barədə ekzotik təklifə gəlincə, Qarabağın müstəqilliyini heç kim, o cümlədən Ermənistan Respublikası tanımayıb, belə bir fikir bizim ağlımızın ucundan belə keçmir.

Biz hesab edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr və ilk növbədə Ermənistan və Azərbaycan arasında həll edilməlidir”, deyə Lavrov yanvarın 18-də keçirilən mətbuat konfransında bildirib.

O vurğulayb ki, RF bu regionda sülhü, sabitliyi, təhlükəsizliyi təmin edəcək həllin axtarışında köməklik göstərməyə hazır olacaq.

Xatırladaq ki, son həftələr ərzində Dağlıq Qarabağ separatçılarının liderləri, xüsusən “Təhlükəsizlik Şurası”nın rəhbəri Vitali Balasanyan, onun sələfi Samvel Babayan, daha sonra isə həm də özünü “xarici işlər naziri” adlandıran David Babayan bu cür fikirlər səsləndirib.

Maraqlıdır ki, bu absurd bəyanatları ən çox Rusiya KİV-ləri və ilk növbədə RİA-Novosti dövlət agentliyi dərc edirdi. -02D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti