Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Tehran/19.01.21/Turan: İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev yanvarın 18-də Tehranda iqtisadi və ticarət münasibətlərinin inkişafı və genişləndirilməsi məsələlərini müzakirə ediblər.

İran agentliyinin məlumatına görə, Mahmud Vaezi iki ölkənin birgə iqtisadi komissiyasının işindən razı qaldığını bildirib ki, bu da İran və Azərbaycanın əlaqələri genişləndirmək istəyindən xəbər verir.

Qeyd edək ki, son zamanlar İranın rəsmi və işgüzar dairələri Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrin iştirakçıları arasına düşməyə çalışırlar. --02D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti