Açiq mənbələrdən foto.
Türkmənistan, Azərbaycan və Əfqanıstan bu il üçün nəqliyyat sahəsində əməkdaşlığı razılaşdırıblar
Bakı/21.01.21/Turan: Yanvarın 19-da Azərbaycan, Türkmənistan və Əfqanıstanın nəqliyyat kommunikasiyaları üzrə hökumətlərarası işçi qrupunun rəhbərləri video-konfrans zamanı nəqliyyat dəhlizinin reallaşdırılması imkanlarıni müzakirə ediblər.
Görüşdə Türkmənistan baş nazirinin müavini Bayramgəldi Ovezov, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Əfqanıstan Mərkəzi Bankının sədri vəzifəsini icra edən Ajmal Əhməd iştirak edib.
Tərəflər bu formatda əməkdaşlığın effektivliyini qeyd ediblər, ötən dövrdə qarşılıqlı fəaliyyətin nəticələrini qiymətləndiriblər və cari il üçün fəaliyyət planını müzakirə ediblər. Danışıqların yekunlarına görə, tərəflər nəqliyyat dəhlizi (Lazurit dəhlizi) üzrə əməkdaşlığın "yol xəritəsi" ni imzalayıblar.
Xatırladaq ki, 2017-ci ilin noyabrında Aşqabadda Türkmənistan, Azərbaycan, Əfqanıstan, Gürcüstan və Türkiyə arasında nəqliyyat kommunikasiyalarının inkişafına dair saziş imzalanıb. -0
Siyasət
-
Mayın 16-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 3 yeni qərar və qərardadını elan edib.
-
Bu gün Gəncə Apellyasiya Məhkəməsində demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verilmiş şikayətə baxılması başa çatıb.
-
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Ələsgər Məmmədlidən aprelin 26-da götürülən təhlilin nəticələri haqqında məlumat verib.
-
"Xarici agentlər" haqqında qanun qəti şəkildə qəbul edildiyi təqdirdə Gürcüstanın Avropa İttifaqına daxil olmaq haqqında müraciəti dondurulacaq, bu barədə Financial Times Aİ məmurlarına istinadla bildirir.
Gürcüstan hakimiyyəti Qərbdən uzaqlaşmaq yolunu tutub? – Samirə Bayramova Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:07
- 252
Rəy yaz