Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/21.01.21/Turan: Ötən illə müqayisədə ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri- hərbi cinayətlər isə 18,6% azalıb. Bu barədə ölkənin hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınan qəsdən adam öldürmə cinayətləri 30%, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %, xuliqanlıq cinayətləri 83,3 %, mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.

Son bir ildə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 19 işçisi intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.-03-

 

Rəy yaz

Siyasət

Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti