Prezident İlham Əliyev.
Prezidentlər Əliyev və Berdımühəmmədov: Neft yatağının birgə işlənməsi haqqında saziş Xəzərdəki vəziyyəti dəyişir
Bakı/21.01.21/Turan: "Dostluq" yatağına dair memorandumun imzalanması ölkələrimizin çoxillik inadkar hərəkətlərinin nəticəsidir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovla videokonfrans zamanı bildirib.
"Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir, hələ 30 il deyil ki, müstəqil dövlətlərik, lakin bu illər ərzində çox böyük uğurlara nail ola bilmişik. Bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələrlə bağlı çox mühüm məsələləri həll edirik. Ölkələr investisiyalara açıqdır, xarici şirkətlər əminliklə böyük vəsaitlər qoyurlar", - İ.Əliyev deyib.
"Bugünkü imzalanma Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, eləcə də qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək. Bu layihə böyük ixrac imkanları açır", - İ.Əliyev davam edib.
Birgə iş iki nəhəng enerji dövlətinin böyük potensialını üzə çıxarmağa kömək edəcək, Xəzər regionunda energetikanın, qarşılıqlı faydalı beynəlxalq tərəfdaşlığın inkişafına əlverişli şərait yaradacaq”, - o əlavə edib.
Öz növbəsində Türkmənistan prezidenti qeyd edib ki, memorandumun imzalanması Türkmənistan və Azərbaycanın Xəzərdə enerji əməkdaşlığında prinsipcə yeni mərhələdir. Möhkəm beynəlxalq hüquqi baza üzərində birgə iş üçün yeni imkanlar açılır və iri xarici investisiyaların regionumuza axını üçün əlavə ciddi stimullar yaradılır.
O, imzalanan memorandumu "tarixi" adlandırıb və bunun iki ölkənin energetika sahəsində strateji tərəfdaşlığını yeni səviyyəyə yüksəldəcəyini qeyd edib. --02D-
-
- Cəmiyyət
- 21 Yanvar 2021 17:46
-
- Söz istəyirəm
- 21 Yanvar 2021 18:41
Siyasət
-
Cümə axşamı Birləşmiş Ştatlar sülh sazişi üzrə danışıqları irəli sürmək üçün mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etmək təklifini alqışlayıb.
-
Mayın 9-da Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, bu nəşrin baş redaktoru Sevinc Vaqifqızı və onlayn Meclis.info platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə ayrıca baxılıb. Prosesə Fuad Axundov sədrlik edib.
-
Çərşənbə günü ABŞ bildirib ki, Gürcüstanın hakim partiyasından qaynaqlanan antiqərb ritorikasının güclənməsindən narahatdır.
-
Mayın 9-da Azərbaycan İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 79-cu ildönümünü qeyd edir. Bu hadisə münasibətilə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tarixin bu dönüş fəslində Azərbaycan xalqının göstərdiyi yenilməz fədakarlığı və qəhrəmanlığı yad ediblər.
Rəy yaz