Закир Гасанов и Джеймс Шарп

Закир Гасанов и Джеймс Шарп

Bakı/22.01.21/Turan: Yanvarın 22-də müdafiə naziri Zakir Həsənov Böyük Britaniya səfiri Ceyms Şarpı qəbul edib və ona Azərbaycan SQ-nin azad edilmiş ərazilərdə gördüyü tədbirlər haqqında məlumat verib.

Müdafiə Nazirliyinin press-relizində deyilir ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə və hərbi təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.

Səfir Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, deyə press-relizdə bildirilir. -02D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti