president.az
Prezident İlham Əliyev İran XİN rəhbərini qəbul edib
Bakı/25.01.21/Turan: Bazar ertəsi səhər prezident İlham Əliyev İranın xarici işlər naziri Məhəmməd Zərifi qəbul edib. Görüşün təfərrüatları hələlik açıqlanmır.
Dünən axşam Azərbaycana gələn M.Zərif hava limanınd bildirib ki, "İran qardaş Azərbaycanın öz ərazilərini azad etməsindən və onların Azərbaycan xalqının nəzarətinə keçməsindən məmnundur".
O deyib ki, Azərbaycan rəhbərliyi ilə Qarabağda sabitliyin qorunub saxlanması və azad edilmiş ərazilərin bərpası məsələlərini, habelə regional əməkdaşlığı, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərini müzakirə edəcək.
M.Zərif onu da bildirib ki, Bakıdan sonra Moskva, Tbilisi, Yerevan və Ankaraya səfər edəcək.-02D-
Siyasət
-
Mayın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev Umbaki təcridxanasıda quru aclıq aksiyası elan edib.
-
Mayın 16-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 3 yeni qərar və qərardadını elan edib.
-
Bu gün Gəncə Apellyasiya Məhkəməsində demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verilmiş şikayətə baxılması başa çatıb.
-
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Ələsgər Məmmədlidən aprelin 26-da götürülən təhlilin nəticələri haqqında məlumat verib.
Rəy yaz