Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/25.01.21/Turan: Bazar ertəsi dövlət başçısı əlillərin və şəhid ailələrinin sosial və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, aşağıdakı şəxslərin 2021-2025-ci illər ərzində mənzillə və ya fərdi evlərlə mərhələli təminat planını həyata keçirsin.

2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.

Yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, həmin şəxslər barədə məlumatları Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər.  Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında həmin məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında tələb olunan vəsaitin dövlət büdcəsinə daxil edilməsini təmin etsin. -02D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti