Azərbaycan Qarabağa qanunsuz daxil olan İran yük maşınlarını cəzalandırır /YENİLƏNİB/
Son məlumatlara görə, İranın yük maşınları İrandan gələrkən Azərbaycan ərazisinə giriş üçün gömrük rüsumu ödəyirlər.
Qayıdarkən onların Qarabağa gedib-getmədiyi yoxlanılır və izahat tələb olunur. Azərbaycan sərhədini təkrar pozduqda sürücü və onun nəqliyyat vasitəsi həbs oluna bilər. -02B-
* * *
2021 Sentyabr 12 (Bazar) 22:21:39
Azərbaycan Qarabağa qanunsuz daxil olan İran yük maşınlarını cəzalandırır
Bakı / 09/12/21 / Turan: Artıq xəbər verdiyimiz kimi, Bakı Rusiya sülhməramlılarının xarici vətəndaşları və avtomobilləri Qarabağa buraxmasına görə Rusiya Müdafiə Nazirliyinə etiraz etdi. Söhbət İrandan Laçın dəhlizi ilə Qarabağa yanacaq və digər mallar daşıyan yük maşınları və benzin tankerlərindən gedir.
Açıqlama verildikdən dərhal sonra müvafiq addımlar atıldı. Belə ki, geri dönərkən, İran yük maşınları Goris-Kafan magistral yolunda, bu yolun Azərbaycan ərazisindən Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində saxlanılır. Erməni KİV-lərinin yazdığına görə, İran yük maşınları Azərbaycan ərazisindən icazəsiz keçdiyinə görə 100 dollar cərimə olunur. -02V-
-
- Sual-cavab
- 13 Sentyabr 2021 10:38
Siyasət
-
"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.
-
İstintaq təcridxanasında 8 günlük quru aclıq aksiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun sağlamlığı üçün mənfi nəticələrə səbəb olub. O, 17,5 kq arıqlayıb və onun həzm sistemində problemlər yaranıb.
-
Teleqram şəbəkəsində bu günlərdə korrupsiyaya görə həbs olunmuş Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun daşınmaz əmlakını əks etdirən video yayılıb. Bu, Tver vilayətində Volqanın sahilində bir saraydır. Əmlakın dəyəri təxminən 2 mlrd. rubldur (təxminən 22 mln. dollar). Saray klassisizm üslubunda məşhur Znamenskoe-Raek malikanəsinin eynisidir.
-
Son günlər Qazaxın Ermənistanla həmsərhəd kəndlərində əhali etiraz aksiyaları keçirərək, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması prosesini pozmağa çalışır.
Rəy yaz