Siyasi Repressiya Qurbanları Muzeyindən Reportaj

Siyasi Repressiya Qurbanları Muzeyi 24 may 2019-cu ildə Dövlət Sərhədi Xidmətinin (DSX) inzabati binasında yaradılıb.

Bu binada 1925-ci ildən dövlətin əsas repressiv orqanları fəaliyyət göstərib. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələndiyi yerlər indi də qalır.  

Siyasi Repressiya Qurbanları Muzeyinin rəhbəri Mir Abas Məmmədov muzeyin ziyarətçilərinə burada baş vermiş sovet rejiminin repressiyalarından danışır.

Muzeyin əsas zalında isə tarixi əks etdirən məlumatlandırıcı lövhələr yerləşdirilib. Lövhələrdə “Danışan Sənədlər”, “Azərbaycan Cümhuriyyəti”, “Represiyya qurbanları olan qadınlar”, “Hüseyn Cavid”, “ALJİR” (Vətən Xainləri Qadınlarının Akmola Düşər­­gə­si) və həmin dönəmlə bağlı sənədlər yer alıb. 

Lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar, həm də Sovet Azərbay­canının hərbiçiləri haqqın­da məlumat və fotoşəkillər yerləşdirilib.

“ALJİR”adlı lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşər­­gə­sində (ALJİR) cəza çəkmiş 44 azər­baycanlı qa­dın haqqında məlumat verilib.

Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə isə güllələnmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanovanın şəkilləri yerləşdirilib.

“Cümhuriyyət tələbələri” lövhəsində 1920-ci ilin yanvarında təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avro­paya göndərilərin tələbələrin fotoları var. Həmin gənclərdən sadəcə 56 nəfəri vətənə qayıdıb və burada repressiyalara məruz qalıb. Həmin 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edil­ib.

Hüseyn Cavid ilə bağlı lövhədə şairin şəkilləri və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş birinci katibi Mircəfər Bağırova yazdığı məktub yer alıb.

Tarixi mənbələrə görə 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən çox olub.

Azərbaycanda ümumilikdə1950-ci illərin əvvəllərindən 70 min insan repressiya qurbanı olub, bunların da 29 min nəfəri ziyalılardır. 1937-ci ildə 16 Azərbaycan generalı güllələnib.  

Rəy yaz

Aktual Reportaj

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti