ABŞ Azərbaycanda “Media haqqında” təklif olunan qanundan narahatdır - Dövlət Departamenti
Vaşinqton/05.01.22/Turan: TURAN-ın ABŞ-da olan müxbiri xəbər verir ki, Vaşinqton çərşənbə günü tənqidçilər tərəfindən Azərbaycanda müstəqil jurnalistikanı məhdudlaşdırmaq üçün nəzərdə tutululduğu düşünülən “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə edib.
Dövlət Departamentinin sözçüsü TURAN-ın sorğusuna cavab olaraq deyib: “Biz narahatıq ki, Azərbaycan parlamenti "Media haqqında" təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”.
“Ümid edirik ki, Prezident Administrasiyası qanun layihəsinə baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qrupların rəylərini diqqətlə nəzərdən keçirəcək”, - sözçü əlavə edib. “Biz məsələni yaxından izləməyə davam edəcəyik”.
Media qurumları üçün verilənlər bazası yaradan və jurnalistlərin dövlət qeydiyyatına alınmasını tələb edən qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamenti tərəfindən qəbul edilib və hələ prezident tərəfindən imzalanmayıb. Yerli media və hüquq qrupları bildiriblər ki, bu qanun Azərbaycanda ifadə azadlığına geniş məhdudiyyətlər qoyma potensialına malikdir.--0--
-
- Siyasət
- 5 Yanvar 2022 21:52
Siyasət
-
Aprelin 26-da Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. Turan-ın məlumatına görə, bağlanış mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Türkiyə və Rusiya səfirləri iştirak ediblər.
-
Qazaxıstan tərəfin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşü haqqında razılaşma əldə olunan kimi Ermənistan XİN görüşün tarixi haqqında məlumat verəcək. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
-
Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 25-də axşam, tələbləri qismən təmin edildikdən sonra quru aclığı dayandırıb.
-
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
Rəy yaz