Photo TURAN.

Photo TURAN.

-Sual: Avropa İttifaqı Ermənistan sərhədinə  monitorinq üzrə 40 ekspert göndərir. Bu, ekspertlərin son sayıdır, yoxsa arta bilər? Əgər artacaqsa, nə zaman?

- Həqiqətən, 2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabatlılığı üçün Azərbaycanla beynəlxalq sərhədin erməni tərəfi boyunca Avropa İttifaqının  monitorinq üzrə 40-dək ekspertinin yerləşdirilməsi barədə qərarı təsdiqləyib.

Avropa İttifaqının müşahidə imkanlarının tətbiqilə bağlı bu qərar oktyabrın 6-da prezident Əliyev, baş nazir Paşinyan, prezident Makron və prezident Mişel arasında keçirilmiş dördtərəfli görüşdən və Avropa İttifaqı Siyasət və Təhlükəsizlik Komitəsinin 11 oktyabr qərarından sonra qəbul edilib.

Beləliklə, monitorinq üzrə 40 ekspertin  sayı Avropa İttifaqı üzv dövlətlərilə razılaşdırılmış yeganə rəsmi rəqəmdir. Hazırda müvafiq təlim keçən bu mütəxəssislərin gələn həftədən, oktyabrın 24-dən yerləşdiriləcəyini gözləyirik.

- Sual: Monitorinqin qaydalarını və xarakterini izah edə bilərsinizmi? Hansı alətlərdən istifadə olunacaq və nəticələr barədə kimə hesabat veriləcək?

 - Yaxın həftələrdə Ermənistan-Azərbaycan sərhədinin erməni tərəfində keçirilməli olan monitorinq müvəqqəti xarakter daşıyır. Bunu Avropa İttifaqı  rəsmiləri açıq şəkildə bildiriblər. Həmçinin  ikiaylıq müddət göstərilib.

Bu monitorinq əsasən yol- patrul və yerlərdə müşahidə vasitələrilə həyata keçiriləcək. Avropa İttifaqının müşahidə potensialı tərəflərə yox, birbaşa Brüsseldə mənzil-qərargaha tabe olacaq.

- Sual: Sizcə, monitorinq yalnız erməni tərəfdə aparılsa, nəticələr faydalı ola bilərmi?

 - Avropa İttifaqının müşahidə potensialı erməni tərəfdə Ermənistan hakimiyyətinin Avropa İttifaqının ali nümayəndəsi Cosep Borellə ​​göndərdiyi 22 sentyabr 2022-ci il tarixli müvafiq sorğuya əsasən yerləşdirilir.

Praqada liderlər həmçinin Azərbaycan tərəfdə mümkün yerləşdirmə və hərəkətləri müzakirə ediblər. Prezident Əliyev açıq şəkildə işarə edib ki, Bakı bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa hazırdır. Biz Azərbaycanın missiya üzvlərinin Azərbaycan tərəfdə fiziki iştirakı olmadan yerlərdə müvafiq subyektlər arasında müntəzəm təmaslar vasitəsilə missiya ilə qarşılıqlı fəaliyyətini gözləyirik. Ümid edirik ki, bu missiya həm də tərəflər arasında inamın yaradılması məqsədinə xidmət edəcək.

- Sual: Sizə elə gəlmirmi ki, sərhədlərin monitorinqi onların demarkasiyasından sonra başlamalıdır?

 - 1991-ci il Alma-Ata Bəyannaməsində qeyd olunan sərhəd var ki, onu imzalayanlar, o cümlədən Ermənistan və Azərbaycan bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü tanıyıblar. Söhbət Ermənistan SSR və Azərbaycan SSR arasında mövcud olmuş sərhəddən gedir.

Həmçinin Ermənistan və Azərbaycanın başladığı delimitasiya və demarkasiya prosesi var ki, bu da sərhəd xəttində müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Lakin bu proses başa çatana qədər sərhədə de-fakto mövcud olduğu şəkildə hörmətlə yanaşmaq lazımdır.  

Dediyim kimi, bu monitorinqin funksiyası ilə bağlı qərar Ermənistan hakimiyyətinin sorğusuna cavab olaraq verilib. Bu 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra tərəflər arasında zorakılığın ən ölümcül şəkildə gərginləşməsindən sonra baş tutub. Bu, hər iki tərəfdən çoxlu lazımsız qurbanların olduğu bir sıra toqquşmalardan sonuncusu idi. Ümid edirik ki, missiya yerlərdə sabitliyə, eləcə də tərəflər arasında sərhədlərin yekun delimitasiyası üzrə danışıqlara əlverişli şəraitin yaradılmasına töhfə verəcək.

- Sual: Prosesin uzunmüddətli olacağını və iki aydan çox davam edəcəyini demək olarmı?

- Mən bu suala artıq cavab verdim. Yuxarıda qeyd edildiyi kimi, missiyaya Avropa İttifaqı müşahidəçilərinin yerlərdə iki ay müddətinə müvəqqəti yerləşdirilməsi daxildir. İndiki mərhələdə bu müddətdən yuxarı nəzərdə tutulmur.

- Sual: Sizcə, Praqada Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı liderlərinin  dördtərəfli görüşü sülh sazişinə doğru addım idi?

- Praqada Avropa İttifaqı tərəfindən, əlavə olaraq Fransa prezidenti Makronun iştirakı ilə keçirilən dördtərəfli görüş Bakı və Yerevan arasında daha bir yüksək səviyyəli qarşılıqlı fəaliyyət oldu. Hesab edirəm ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşkil etdiyi əvvəlki görüşlər kimi, bu görüş də tərəfləri sülh sazişinə yaxınlaşdırdı və bir çox məsələlər ətrafında fikir mübadiləsi aparmağa imkan verdi.

Bu istiqamətdə mühüm addım Ermənistan və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını təsdiqləmələri oldu. Bu sənədlər vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.

Liderlər həmçinin təsdiqləyiblər ki, bu sənədlər sərhədlərin delimitasiyası komissiyasının işinin əsasını təşkil edəcəkk.

Praqa görüşü tərəflər arasında irəliləyişə və mühüm danışıqlara nail olmağa imkan verdi. Ümid edirik ki, yer üzündə əmin-amanlıq davam edəcək və biz çox insanın həyatına son qoymuş  zorakılığın yeni dalğasını görməyəcəyik. Hazırda düşmənçilik səhifəsini birdəfəlik bağlamaq, keçmiş səhvləri təkrarlamaqdan çəkinmək və dinc gələcək naminə tərəflər arasında müsbət ritorikanı təmin etmək vacibdir. Sizi əmin edə bilərəm ki, Avropa İttifaqı bu istiqamətdə hər iki tərəflə ciddi qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Müsahibəyə görə sağ olun. 02/-0-

Bakı. 20.10.2022

Rəy yaz

Sual-cavab

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti