Prezident İlham Əliyev.
Qarabağ ermənilərinin yaşayışı məsələsi Azərbaycanın daxili işidir
Bakı/05.10.22/Turan: Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sülh prosesilə bağlı müəyyən nikbinlik ifadə edib. "Biz sülh prosesinə müəyyən nikbinliklə yanaşırıq. Bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş oldu, bu, sülh müqaviləsinin mətninin hazırlanması üzrə ilk belə görüşdür. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq”, - prezident İlham Əliyev oktyabrın 5-də Ağdam şəhərində Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
Eyni zamanda o, Ermənistanın danışıqlardan yayınma taktikasını xatırladıb.
“Biz adətən Ermənistanın danışıqlar aparmaq istəmədiyi zaman, məsələn, Qarabağ münaqişəsi üzrə 28 il davam edən danışıqlarda istifadə etdiyi taktikanı bilirik. Belə davam etsə, sülh olmayacaq. Əgər Ermənistan buna gedərsə, o zaman növbəti ciddi səhvə yol verəcək. Onlar bizi, bizim iradəmizi, Azərbaycan xalqının potensialını lazımınca qiymətləndirmədilər və buna görə böyük bədəl ödədilər”, - Əliyev deyib.
Öz növbəsində Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq və “yeni səhifə” açmaq üçün addımlar atmağa hazırdır.
O, Qarabağın erməni əhalisi məsələsinə toxunaraq deyib ki, Azərbaycan bunu özünün daxili işi hesab edir və bunu xarici qüvvələrlə müzakirə etmək niyyətində deyil.
"Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali bizim vətəndaşımızdır və biz onların həyatını necə qurmaq barədə heç bir beynəlxalq mərkəzlə müzakirə aparmayacağıq", - Əliyev deyib.
İşğaldan azad edilmiş ərazilərin bərpasına gəlincə, o, beynəlxalq birliyin Azərbaycan əhalisinin humanitar fəlakətinə göz yumduğunu bildirib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə işğal olunmuş ərazilərə səfər ediblər, şəhər və kəndlərin dəhşətli şəkildə dağıdılmasının şahidi olublar, bizim ərazilərin ermənilər tərəfindən qanunsuz məskunlaşdırılmasını görüblər və Ermənistanı pisləməyiblər.
ATƏT-in Minsk Qrupunun qondarma fəaliyyətinin 27 ili ərzində Ermənistanın ünvanına bir kəlmə belə qınaq olmayıb. Ona görə də biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etmək cəhdlərini dəstəkləyə bilmərik, çünki onlar öz mandatını yerinə yetirməyiblər”, - Əliyev davam edib.
“Azərbaycan beynəlxalq hüququ özü bərpa edərkən, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərkən artıq vasitəçiliyə ehtiyacı yoxdur”, - dövlət başçısı vurğulayıb.
Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bildirib ki, orada irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.
"Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq və tezliklə Qarabağ bölgəsi ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək. İşğaldan azad edilmiş ərazilər mühüm bərpa olunan enerji potensialına malikdir , bu, demək olar ki, 10.000 MVt təşkil edir.06B
Siyasət
-
Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənovun cinayət işi üzrə ittiham aktı elan edilib.
-
Meclis.info saytının rəhbəri İmran Əliyev “Abzas Media” işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanları Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyanın Bakıda həbsdə aclığa başlaması barədə erməni Ermənistan KİV-in məlumatını şərh etmir.
-
2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Rəy yaz