Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/12.10.22/Turan: Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin hadisə ilə bağlı yaydığı məlumatda deyilir.

Bu hadisə ilə bağlı Azərbaycan diplomatik nümayəndəliyinin ABŞ-ın müvafiq qurumlarına məlumat verdiyi, kamera görüntülərinin qarşı tərəfə təqdim edildiyi bildirlir.

Məsələ ilə əlaqədar ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili oktyabrın 12-də Azərbaycan XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlıq və narazılıq ifadə edilib, Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.

Məlumatda son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıdığı vurğulanır.

Məlumatda Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə Azərbaycan səfirliklərinə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurduğu vurğulanır.

"Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq", deyə məlumatda bildirilir.

Təəssüflə qeyd edilir ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib.

Azərbaycan XİN xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir. 05D

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti