Avropa Şurası Azərbaycan üzrə yeni həmməruzəçi seçib
Bakı/12.10.22/Turan: Bu gün Avropa Şurasının Monitorinq komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi seçib. Bu Norveçin Əmək Partiyasından (Labour party) Liz Kristoferson-dı.
Monitorinq Komitəsi ona 5 illik mandat verib. Xanım Liz Kristoferson Azərbaycanda demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün nöqsanları monitorinq altında saxlayacaq.
Bundan əvvəl isə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak olub. -16D-
-
- Foto sessiyalar
- 12 Oktyabr 2022 19:00
-
- Siyasət
- 12 Oktyabr 2022 20:25
Siyasət
-
Sosial Hüquqlar Mərkəzinin əməkdaşı Ayşən Muradova bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Muradova jurnalistlərə deyib ki, o, “Abzas Media” işi üzrə 2,5 saat ərzində şahid qismində dindirilib.
-
Türkiyə prezidenti Erdoğan Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə ermənilərinin Patriarxı Saak Maşalyana məktub göndərib.
-
Aprelin 23-də Beynəlxalq Güləş İttifaqı (UWW) İntizam Palatasının şəxsində 2024-cü ilin mart ayında Bakıda Avropa təsnifatı çərçivəsində Frank Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) arasında yarımfinal görüşü zamanı pozuntulara görə arbitrləri hakimlik hüququndan məhrum edib. Bu barədə UWW-nin press-relizində deyilir.
-
Mülki xəstəxanada müyinələrdən sonra həkimlər Qubad İbadoğluna müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlməyi tövsiyə ediblər.
Rəy yaz