Ned Price
Dövlət Departamenti səfirliyin avtomobilinin atəşə tutulması barədə: Azərbaycandakı rəsmi şəxslərlə əlaqə saxlayırıq
Vaşinqton/13.10.22/Turan: ABŞ “zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsinə sadiqdir”, - çərşənbə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinin atəşə tutulması barədə xəbərləri şərh edərkən Turan-ın Vaşinqton müxbirinə deyib.
“Bizə bildirdilər ki, oktyabrın 11-də insident baş verib. İstintaq davam etdiyi üçün bu işin təfərrüatları barədə danışa bilmərəm. Əlavə məlumat almaq üçün sorğunuz daha çox ABŞ Məxfi Xidmətinə və paytaxt Polis İdarəsinə göndərilib”, – Prays Turan-ın Vaşinqton müxbirinin sorğusuna cavab olaraq deyib.
"Biz Azərbaycandakı rəsmi şəxslərlə əlaqə saxlayırıq", - o əlavə edib.
Çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyi insident barədə məlumat verib və bildirib ki, ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkilini çağırıb və "insidentlə bağlı ciddi narahatlığını və narazılığını" ifadə edib.
Prays Turan-a bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin press-relizilə tanış olub.
“Biz Azərbaycan səfirliyinin rəsmi şəxslərilə əlaqə saxlayırıq və mütəmadi olaraq həm təhdidlər, həm də təhlükəsizlik barədə tövsiyələrə dair məlumatı paylaşırıq”, - o əlavə edib.
Birləşmiş Ştatlar “xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin olunmasına sadiqdir. Başa düşdüyümüz qədərilə, səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb”, - o, fikrini yekunlaşdırıb.
Xatırladaq ki, oktyabrın 11-nə keçən gecə naməlum şəxslər Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinə atəş açıblar, xəsarət alan olmayıb. 25B
-
- Siyasət
- 12 Oktyabr 2022 20:25
Siyasət
-
Amnesty International təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında 2023-cü ildə insan hüquqları pozuntularının geniş yayıldığını vurğulayır.
-
Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarov İkinci Qarabağ Müharibəsi zamanı azad edilmiş Füzuli və Ağdam şəhərlərinə gediblər. Onlar Aran Qarabağın bu yaşayış məntəqələrində bərpa işlərilə tanış olublar.
-
Çərşənbə günü ABŞ İran İnqilab Məhkəməsinin İranlı tanınmış reperi Tumac Salehinin barəsində ölüm hökmünü pisləyib. O, İrandakı iğtişaşlarda əli olmaqda ittiham olunur.
-
Çərşənbə günü ABŞ Ermənistan və Azərbaycanın sərhəd hissəsilə bağlı razılığa gəlməsi və hər iki ölkənin öz sərhədlərinin demarkasiyası üzərində işləməsi barədə xəbərləri" “alqışlayıb”, Turan-ın Vaşinqton müxbiri bildirib.
Rəy yaz