Ned Price
Dövlət Departamenti Ermənistan-Azərbaycan danışıqları ilə bağlı Putinin bəyanatını “dezinformasiya” adlandırıb
Bakı/28.10.22/Turan: Cümə günü Dövlət Departamenti “nəzərdə tutulan plan” ilə əlaqədar Vladimir Putinin şərhini rədd edib. Rusiya prezidenti bildirir ki, Azərbaycan-Ermənistan münaqişəsilə əlaqədar bu plan Vaşinqton tərəfindən təklif edilib, Turan-ın ABŞ-dakı müxbiri bildirib.
“Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək dezinformasiya davam edir”, - cümə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə Turan-ın müxbirinin sualını cavablandırarkən deyib.
Çərşənbə günü Putin bildirib ki, Vaşinqton Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınması üçün “plan” təklif edib və əlavə edib ki, Yerevan güzəştə getmək istəsəydi və buna “hazır olsaydı”, Rusiya “Ermənistana daha sərfəli sövdələşmə əldə etməyə kömək edərdi”.
Prays xatırladıb ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır: “Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq”.
Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan “böyük tərəfdaş yoxdur”.
“1991-ci ildə Ermənistanın, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq öz xarici siyasi və digər maraqlarını həyata keçirmək keçirmək hüququna zəmanət verən əlamətdar hadisə idi”.
Vaşinqton Ermənistan və Azərbaycanı onlara uyğun formatda görüşməyə təşviq edib. "Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq", -Prays deyib.
ABŞ Ermənistan və Azərbaycanla bir məqsədlə - “zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq” üçün fəaliyyət göstərir.
Soçidə keçiriləcək üçtərəfli danışıqlarla bağlı Turan-ın sualının cavabında Prays deyib ki, Ermənistan və Azərbaycan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərnə qərar verməlidirlər.
“Düşünürəm ki, söhbət qonşulardan getdiyində, dünya Rusiyanın tarixçəsini bilir. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Ukraynaya davam edən amansız hücum göstərir ki, Moskva öz qonşularının suverenliyinə hörmət etmir və o, çətin ki etibarlı, uzunmüddətli tərəfdaş olsun. Düşünürük ki, bu, Birləşmiş Ştatlarla tamamilə ziddiyyət təşkil edir”, – Prays deyib. 0
-
- Böyük Şərq
- 29 Oktyabr 2022 10:14
Siyasət
-
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
-
Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası çərçivəsində geodeziya ölçmələri əsasında artıq 20 sərhəd dirəyi quraşdırılıb.
-
Aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 18-dən 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq edir.
Rəy yaz