Açiq mənbələrdən foto.
"Demokratiya 1918" Hərəkatının üzvü Orxan Zeynallı saxlanılıb
Bakı/11.11.22/Turan: "Demokratiya 1918" Hərəkatının üzvü Orxan Zeynallı noyabrın 10-da axşam saatlarında saxlanılıb. Bu barədə Turana təşkilatın sədri Əhməd Məmmədli bildirib.
"Dünən Orxana zəng vurub Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov rayonun 18-ci polis bölməsinə çağırıblar. O, rəsmi bildiriş olmadan getməkdən imtina edib. Axşam isə onu mülki geyimli şəxslər evdən aparıblar", deyə Məmmədli bildirib.
Onun fikrincə, Zeynallının saxlanılmasına Facebook-da yazdığı status səbəb olub. "Həmin statusda Orxan polisi tənqid etmişdi. Tənqid isə bir ay əvvəl oğurlanan velosipedi ilə bağlı olub. O, bununla bağlı polisə şikayət etsə də, şikayətə müxtəlif bəhanələrlə baxılmırdı", deyə Məmmədli qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a Orxan Zeynallının saxlanıldığını təsdiq edib. "Hazırda araşdırma aparılır", deyə o əlavə edib. 21B06
-
- Cəmiyyət
- 11 Noyabr 2022 13:14
Cəmiyyət
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
-
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
Rəy yaz