Taleh Bağırzadənin aclığa başladığı bildirilir

Bakı/27.11.22/Turan: Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağızadə ikinci gündür “zülmə son!” tələbi ilə aclığa başlayıb.

Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə bildirib ki,  yeni köçürüldüyü 12 saylı Cəzaçəkmə Müəssisəsində təhqirlərə məruz qalmasına etiraz olaraq aclqı edir.

“Taleh Bağırzadə evə zəng etmişdi. O 7 illik həbsdən sonra, dünən noyabrın 26-da Qobustan Qapalı Həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Müəssisənin rəsi müavini onun namusuna, qeyrətinə söyüş söyüb. Ona görə də hacı (Taleh Bağırzadə-red) buna etiraz olaraq sivil qayda kimi aclığa başlayıb,” o qeyd edib.

Leyal İsmayılzadə həyat yoldaşının telefon söhbəti zamanı dediklərinə istinad edərək bildirib ki, Taleh Bağırzadə yenidən qapalı həbsxanaya qaytarmaq planları var.

“Ona görə də müxtəlif bəhanələrlə Taleh Bağırzadəni  təxribata çəkmək istəyirlər ki, yenidən qapalı həbsxanaya qaytarsınlar,” o qeyd edib.

“Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov da ilahiyyatçının 12 saylı cəzaçəkmə müəssisəsinə daxil olan kimi təhqir və işgəncəyə məruz qalması haqda məlumat aldıqlarını deyir. Onun sözlərinə görə, gələn xəbərlərdə Taleh Bağırzadənin aldığı xəsarətdən vəziyyətinin yaxşı olmadığı bildirilir.

“Müddət başa çatdığına görə, onu Qobustan həbsxanasından köçürməyə məcbur idilər. Orada iki nəfərlik kamerada qalırdı. Burada isə 2-3 min nəfər məhbusla birlikdə qalacaq. Görünür, buna yol vermək istəmirlər. Ona görə müxtəlif təxribatlarla onun cəza rejimini ağırlaşdırıb, yenidən Qobustana – kameraya göndərmək istəyirlər”, – Rüfət Səfərov bildirib.

Məlumatla bağlı Penitensiar Xidmət hələ şərh verməyib. Amma, bir qayda olaraq Penitensiar Xidmət cəzaçəkmə müəssisəslərində saxlanılan insanların qeyri-insani rəftara məruz qalmaları ilə bağlı məlumatları təkzib edir. Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.  

Rəsmi dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırzadə daxil olmaqla, 10 nəfər funksioneri və fəalı həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkib.

Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırovun təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahlı bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Müsəlman Birliyi Hərəkatı funksionerlərinin və fəallarının həbsini siyasi sifariş hesab edir.-03- 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti