Azərbaycanın ən köhnə qəzetlərindən biri vəsait çatışmazlığı səbəbindən işini dayandırır
Bakı/19.12.22/Turan: Azərbaycanda ən köhnə qəzetlərdən biri - "İpəkçi" nəşrini dayandırır. Şəki şəhərində dərc olunan qəzetin sonuncu baş redaktoru Aydın Məmmədovun Turan-a verdiyi məlumata görə, redaksiyanın işi qəzetin 90 illik yubileyi ərəfəsində dayandırılır. Qəzetin işinin dayandırılmasına səbəb internet-host, domen və qəzetin saxlanılması üçün digər xərcləri ödəyəcək vəsaitinin olmamasıdır. Son ödəniş tarixi 24 dekabr 2022-ci ildir.
"Medianın İnkişafı Agentliyi" bizə 100 manat belə yardım ayırmır, onların buna haqqı yoxdur. Əvəzində, bizdən ən az 500 manat maaşla üç əməkdaş saxlamağımızı tələb edirlər. Bu Agentlik və onun sələfi 10 illik fəaliyyəti ərzində yalnız vergi ödənişi haqqında tələb irəli sürməklə məşğul olublar, dövlət yardımını isə Ata Abdullayev və Vüqar Səfərli kimi adamlar alırdılar", deyə baş redaktor A.Məmmədov Turan-a bildirib.
"Azərbaycanda mətbuat dövlət dəstəyi almır. Dövlət yardımı oliqarxlara məxsus olan media qurumlarına verilir", deyə Məmmədov sonuncu redaksiya məqaləsində yazıb. O, bu məsələni Baş Prokurorluq qarşısında qaldırıb, amma bu idarə ilə dörd aylıq yazışma boyunca qənaətbəxş cavab almayıb.
"İpəkçi" qəzeti 13 mart 1933-cü ildə Şəki şəhərindəki (həmin vaxt Nuxa) İpək Kombinatının nəşri kimi təsis edilib. 2012-ci ildə İpək Kombinatı qəzetin baş redaktoru ştatını ləğv edib, amma A.Məmmədov qəzeti kağız formatda dərc etməyə davam edib, 2018-ci ildə isə yalnız internet formatına keçib. 14 dekabr 1993-cü il tarixində prezident Heydər Əliyev "İpəkçi" qəzetini 60 illik yubileyi münasibətilə təbrik edib.
Özünü araşdırmaçı reportyor kimi qələmə verən A.Abdullayev və ləğv edilmiş Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli cinayət əməllərinə görə həbs ediliblər. 0
-
- İqtisadiyyat
- 19 Dekabr 2022 16:47
-
- Cəmiyyət
- 19 Dekabr 2022 17:11
Cəmiyyət
-
Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Hadisə aprelin 27-də Şuşa rayonunun Qeybalı kəndi ərazisində baş verib.
-
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın yağıntısız olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 26+31 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
Rəy yaz