Photo TURAN.
Dövlət Departamenti Laçın dəhlizini açmağa çağırıb
Vaşinqton/14.12.22/Turan: ABŞ Dövlət Departamenti hesab edir ki, “Laçın dəhlizinin bağlanmasının ciddi humanitar fəsadları var”, - çərşənbə axşamı departamentin rəsmi nümayəndəsi Ned Prays mətbuat üçün brifinqdə bildirib.
"Biz Azərbaycan hökumətini dəhlizlə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə yol danışıqlardan keçir", - o əlavə edib.
Bundan öncə Prays Tvitter hesabında yazıb ki, Laçın dəhlizinin bağlanması “ciddi humanitar nəticələrə malikdir və sülh prosesini ləngidir”.
“Biz enerji infrastrukturunda nasazlıqlar barədə məlumatları gördük, enerji infrastrukturunda hər hansı nasazlıq, xüsusən də qış aylarında humanitar böhrana səbəb ola bilər. Əgər bu qəsdən edilirsə, o zaman Dağlıq Qarabağın mülki əhalisini hədəf almaq yolverilməzdir”, - o davam edib.
Turan-ın “ABŞ-ın yeni səfiri niyə indiyədək Bakıya gəlməyib” sualının cavabında Prays deyib ki, bir çox ölkələrdə səfirlərin namizədliyi Senatda öz təsdiqini gözləyir.
“Bu aya ola vəziyyətə görə, 50-yə yaxın namizəd öz təsdiqini gözləyir. Biz Senatdan bu namizədliklərə tez bir zamanda baxılmasını xahiş edəcəyik”, – Prays deyib.
Çərşənbə axşamı gec saatlarda Senat Kristina Kvini ABŞ-ın Ermənistandakı səfiri postuna təsdiq edib. Azərbaycanda səfir postuna namizəd Mark Libbi hələlik Senatın Xarici Əlaqələr Komitəsinin təsdiqini almayıb. 25B
Siyasət
-
Sosial Hüquqlar Mərkəzinin əməkdaşı Ayşən Muradova bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Muradova jurnalistlərə deyib ki, o, “Abzas Media” işi üzrə 2,5 saat ərzində şahid qismində dindirilib.
-
Türkiyə prezidenti Erdoğan Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə ermənilərinin Patriarxı Saak Maşalyana məktub göndərib.
-
Aprelin 23-də Beynəlxalq Güləş İttifaqı (UWW) İntizam Palatasının şəxsində 2024-cü ilin mart ayında Bakıda Avropa təsnifatı çərçivəsində Frank Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) arasında yarımfinal görüşü zamanı pozuntulara görə arbitrləri hakimlik hüququndan məhrum edib. Bu barədə UWW-nin press-relizində deyilir.
-
Mülki xəstəxanada müyinələrdən sonra həkimlər Qubad İbadoğluna müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlməyi tövsiyə ediblər.
Rəy yaz