Leyla Abdullayeva.
Bakı Ermənistanla sülhü bərqərar etmək üçün əsas olacaq prinsiplərə dəqiqlik gətirib
Bakı/14.03.22/Turan: Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva bazar ertəsi Ermənistanla münasibətlərin normallaşması üçün beş prinsipi açıqlayıb.
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib.
Növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
"Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər", deyə Abdullayeva qeyd edib. -06В-
-
- Böyük Şərq
- 14 Mart 2022 16:49
Siyasət
-
Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir.
-
Xocavənd rayonunun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən külli miqdarda sılah-sursat aşkar edilərək götürülülb.
-
Aprelin 26-da Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. Turan-ın məlumatına görə, bağlanış mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Türkiyə və Rusiya səfirləri iştirak ediblər.
-
Qazaxıstan tərəfin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşü haqqında razılaşma əldə olunan kimi Ermənistan XİN görüşün tarixi haqqında məlumat verəcək. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Rəy yaz