Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/04.04.22/Turan: Gəncədə bəzi şəhər parkları acınacaqlı vəziyyətdədir. Parklar dövlət tərəfindən unudulub, baxımsız vəziyyətə düşüb, orada vəhşi itlər yaşayır, bəzi heykəllər isə sovet-kommunist keçmişini simvolizə edir, odur ki, şəhər sakinləri bu istirahət yerlərinə getmir.

Gəncə dəmir yolçuları parkında Azərbaycan Xalq  Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün postamenti çatlayıb, iri çatlar uzaqdan görünür. Bu 1991-ci ildən - ölkənin müstəqilliyinin bərpasından sonra Azərbaycanda ADR-in qurucusuna qoyulmuş ilk büstdür.

Ancaq şəhərdə Rusiya vətəndaş müharibəsinin qəhrəmanı Vasili Çapayevin yaxşı vəziyyətdə olan divar lövhəsi-barelyefi var. Gəncədə divarda bolşevik Ayna Sultanovanın xatirə lövhəsini görmək olar. Sovet respublikalarının gerblərinin divar barelyefləri də qorunub saxlanılıb.

Heydər Əliyev parkında, Yeni Gəncə yaşayış massivində Mirzə Şəfi Vazehin təsviri olan böyük mozaikalı pannoda qonaqların əhatəsində erməni poeziyasının klassiki Xaçatur Abovyanı görmək olar.

Rəsulzadənin çatlamış büstünün olduğu parkın baxımsız vəziyyətdə olması ADR-in elan olunduğu şəhər - Gəncə şəhər administrasiyası üçün xüsusilə utancvericidir, Gəncə sakini, vətəndaş fəalı Orxan İsmayılov Turan-a deyib.

Gəncəlilər arasında Rəsulzadə parkı adlanan dəmir yolçular parkı 2014-cü ildə ziyarətə bağlanıb, o vaxtdan burada heç bir təmir işi aparılmayıb. 2010-2015-ci illərdə guya təmir müddətində Rəsulzadənin büstünün üzərinə torba keçirilib. Şəhər ictimaiyyəti bu torbanı böyük şəxsiyyətə hörmətsizliyin təzahürü kimi başa düşüb. Çoxsaylı müraciətlər nəticəsində 4 dekabr 2015-ci ildə rüsvayçı torba götürülüb və məlum olub ki, təmir işləri aparılmayıb. İcra Hakimiyyəti mətbuata bildirib ki, park "Azərbaycan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin balansında olduğuna görə bütün sualları oraya ünvanlamaq lazımdır.

2014-cü ildə dövlət başçısının ehtiyat fondundan Gəncədə təmir-abadlıq işlərinə 5 milyon manat ayrılıb. 2018-ci ildə "tikinti-abadlıq işlərinin davam etdirilməsi üçün" Gəncə şəhərinə 10 milyon manat vəsait ayrılıb. Ayrı-ayrılıqda yolların tikintisinə, "İmamzadə" kompleksinin bərpasına və ictimai yerlərin işıqlandırılmasına milyonlarla manat ayrılıb. Amma "Rəsulzadə parkı"nın sahmana salınması üçün ölkədə bir manat da tapılmayıb?

Orxan İsmayılov yerli hakimiyyətin park siyasətinə aydınlıq gətirilməsi  tələbilə Gəncə Şəhər İcra Hakimiyyətinə  və “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinə məktublar göndərib. Məktublarda Azərbaycan və digər xalqların azadlığının boğulmasında əli olan kommunist liderlərin adlarının hansı əsasla Gəncədə əbədiləşdirildiyi soruşulur. Yerli hakimiyyətdən cavab veriblər ki, vətəndaşın iradları baxılmaq üçün “səlahiyyətli təşkilat”a göndərilib. -0--

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti