Azərbaycanlı mütəxəssislər Sərsəng su anbarında olublar
Bakı/23.08.22/Turan: Avqustun 22-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları yerli erməni mütəxəssislərinin iştirakı ilə Qarabağın keçmiş Mardakert rayonunda yerləşən Sərsəng su anbarına baxış keçiriblər.
Bu hadisə son dərəcə əhəmiyyətli sayıla bilər, çünki bu, Qarabağ erməniləri ilə Azərbaycanın dövlət strukturları arasında 30 ildə əməkdaşlığın başlanmasının ilk sübutudur.
Bu faktın özü xeyli dərəcədə psixoloji əhəmiyyət kəsb edir və erməni icması ilə Azərbaycan əhalisi və dövlət qurumları arasında daha geniş təmasların başlanğıcı ola bilər.
Rəsmi məlumatda bildirilir ki, su anbarında texniki monitorinq aparılıb, anbardan suyun daxil olması və axıdılması qrafiki barədə məlumat alınıb.
Azərbaycanın aran bölgəsində suvarılan torpaqların su təchizatının bərpası məsələləri müzakirə olunub. Belə görüşlərin müntəzəm keçirilməsi üçün razılıq əldə edilib.
Bu su anbarı 1976-cı ildə tikilib və onun tutumu 560 milyon kubmetrdir. Anbar suları vaxtıkən Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboyda 96 min hektar əkin sahəsini suvarıb.
Münaqişə illərində ermənilər Azərbaycanın aran rayonlarına su axınının qarşısını almışlar ki, bu da adıçəkilən rayonlarda kənd təsərrüfatının inkişafına böyük ziyan vurmuşdur. -02B-
Siyasət
-
"Əlbəttə, bu, Azərbaycan üçün nailiyyətdir, ancaq bu, Ermənistan üçün də böyük nailiyyətdir", bu sözləri jurnalistlərə Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş və Qazax arasında sərhədin demarkasiyası haqqında sazişi şərh edərkən bildirib.
-
Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.
-
"Azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin qorunması" təşkilatının sədri Faiq İsmayılov Turan-ın müxbiri ilə söhbətində Avropanın Caucasus Heritage Watch təşkilatına istinadla Şuşadakı erməni kilsəsinin "yer üzündən silindiyini" iddia edən Ermənistan KİV-lərinin iddialarını təkzib edib.
-
Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması müzakirə olunur. Bu məsələ Avropa Şurası Nazirlər Komitəsində qaldırılıb.
Rəy yaz