ABŞ-ın Qafqaz üzrə yeni nümayəndəsi ilk regional səfərini edəcək
Washington/06.09.22/Turan: Bu yaxınlarda Dövlət Departamentinin Qafqaz üzrə danışıqlarda baş müşavir təyin edilmiş səfir Filip Riker bu həftə regiona səfər edəcək.
Bunu Turana Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib. O qeyd edib ki, bu, onun yeni vəzifədə ilk səfəri olacaq.
"Hər üç ölkədə o, regiondakı əsas məsələləri müzakirə etmək, həmçinin tərəfdaşlara kömək etmək və regional əməkdaşlıqda konstruktiv iştirak etmək yollarını tapmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcək" – Patel deyib.
Ötən ay dövlət katibi Entoni Blinken səfir Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edib.
“Səfir Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi ikitərəfli əsasda əməkdaşlıq edəcək”, - Blinken avqustun 24-də verdiyi bəyanatda bildirib.
Səfir Rikerin keçən həftə Brüsseldə keçirilən danışıqlara niyə qatılmaması ilə bağlı suala isə Patel deyib ki, bu, “ABŞ-ın rəhbərlik etdiyi yox, Aİ-nin rəhbərlik etdiyi prosesdir”.
Xatırladaq ki, Bakı Rikerin təyinatına mənfi reaksiya vermib, bunu ATƏT-in “faydasız” Minsk Qrupunu canlandırmaq cəhdi kimi qiymətləndirmişdi.-0-
Siyasət
-
“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Məlumatı İmran Əliyevin özü verib.
-
Rusiya Ermənistandan aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqı ilə əldə olunmuş "hərbi-siyasi razılaşmalar" haqqında açıqlama gözləyir. Bu barədə aprelin 18-də RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin qapalı həbsxanaya köçürüldüyü bildirilir.
-
Aprelin 18-də Azərbaycanın Ali Məhkəməsi Almaniyadan deportasiya edildikdən sonra həbs edilmiş fəal Pünhan Kərimlinin kassasiya şikayətini təmin etməyib.
Rəy yaz