ABŞ Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsini “qarışdıra biləcəyindən” narahatdır
Vaşinqton/13.09.22/Turan: ABŞ narahatdır ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni “qarışdırmağa” cəhd edə bilər.
“Rusiyanın diqqəti hansısa yolla Ukraynadan yayındırmağa çalışıb- yayındırmaması bizi həmişə narahat edən məsələdir”, - jurnalistlərə dövlət katibi Entoni Blinken deyib.
O əlavə edib ki, eyni zamanda Rusiya regiondakı nüfuzundan “vəziyyəti sakitləşdirmək” üçün də istifadə edə bilər.
Əliyev və Paşinyanla söhbətində Blinken artıq “Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlardan dərin narahatlığını ifadə edib. -0-
Siyasət
-
Bu gün vəkil Elmar Süleymanov 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.
-
1 May - Beynəlxalq Əmək Günündə işçi haqları fəalları işçilərlə həmrəy olduqlarını nümayiş etdirmək üçün Bakının Mərkəzi Parkında yerləşən körpüyə "Sahib olduğunuz sərvət işçilərdən oğurluqdur" bannerini asıblar.
-
Mayın 1-də Azərbaycan prezidenti İlham Əliyev İraq Respublikası parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
-
Bakı Şəhər İcra hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib. Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.
Rəy yaz