Pelosi Azərbaycanı təcavüzdə ittiham edib və Rusiya əleyhinə mitinqin keçirildiyi İrəvana hərbi əməkdaşlıq təklif edib
Bakı/18.09.22/Turan: "Bu səfərdən əvvəl Ermənistanın sərhədlərinə və suverenliyinə hücum edilib", - ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrın 18-də Yerevanda bildirib.
"Ermənistan bizim üçün vacibdir və biz Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını qətiyyətlə pisləyirik", - Pelosi Ermənistan parlamentinin spikeri ilə görüşün yekunlarına dair brifinqdə deyib.
O qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını çoxdan və açıq şəkildə bəyan edib.
“Səfərimizin məqsədi Ermənistanın ABŞ-dan nə gözlədiyini və müdafiə sahəsində əməkdaşlıqda bizim hansı dəstəyi verə biləcəyimizi və nə edə biləcəyimizi anlamaqdır. Qərarı Ermənistan verir və qəbul edərsə, biz kömək etməyə hazırıq”, - Pelosi bildirib.
Pelosi ilə birlikdə gələn deputat Ceki Speer bildirib ki, Nümayəndələr Palatasında Azərbaycanın hərəkətlərini pisləyən qətnamə irəli sürüb edilib. “Ümid edirəm ki, tezliklə qəbul olunacaq.
Ermənistan qarşısında öhdəliklərimizə gəlincə, biz Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyə qarşı çıxacağıq”.
Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib: “ABŞ-ın istənilən köməyi bizim üçün həyati əhəmiyyət kəsb edir, sanksiyalar Azərbaycanın ekspansionist ambisiyalarına qarşı növbəti vasitə ola bilər”.
Bu arada, bazar günü İrəvanda bir neçə min nəfərin iştirakı ilə Ermənistanın KTMT-dən çıxmasını tələb edən aksiya keçirilib. Aksiya iştirakçıları Rusiyanı xəyanətdə və Ermənistanın müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham ediblər. -02B-
-
- Cənub-Şərqi Asiya
- 18 Sentyabr 2022 16:52
-
- Siyasət
- 18 Sentyabr 2022 19:12
Siyasət
-
Azərbaycanın müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb.
-
Amnesty İnternational Azərbaycan prezidentinə iqtisadçı və siyasi fəal Qubad İbadoğlunu dərhal azad etmək çağırışı yer alan məktubla müraciət edib.
-
Azərbaycan prezidenti İlham Əliyev İranın şimalında İran prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İranın ali dini lideri Əli Xameneiyə başsağlığı verib.
-
Ayətullah Seyid İbrahim Rəisi və İran İslam Respublikasının 8-ci Prezidenti –bazar günü, mayın 19-u axşamüstü Qız Qalası bəndinin açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində hava qəzası keçirib– onu müşayən edən nümayəndə heyəti ilə birlikdə yüksək şəhidlik məqamına nail olmuşdur.
Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:08
- 114
Rəy yaz