Ermənistan yaxşı düşünməlidir, çünki heç kim Azərbaycanın qarşısını ala bilməz - İlham Əliyev
Bakı/21.09.22/Turan: Dövlət başçısı İlham Əliyev sentyabrın 21-də işğaldan azad edilmiş Laçın şəhərinə səfər edib. O, 110 kilovoltluq yeni yarımstansiyanın təməlini qoyub və müraciətlə çıxış edib.
“Əgər ermənilər yaxşılıgla torpaqlarımızı tərk etsəydi, İkinci Qarabağ müharibəsi baş verməzdi”, - deyə o bildirib.
İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı, lakin bu onlara dərs olmadı. Müharibədən dərhal sonra ermənilərə sülh təklif olundu, lakin Ermənistan revanşist ideyalarla yaşayır.
Yerevan faktiki olaraq sərhədlərin delimitasiyası prosesini ləngidir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata görə, Ermənistan öz qoşunlarının Qarabağdan çıxarmalıdır, lakin bunu etmir.
“Ermənistan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin edən dəhliz verməli idi. Bu gün nəinki dəhliz, hətta onun marşrutu belə təmin edilməyib. Biz artıq Zəngilana gedən dəmir və avtomobil yollarını çəkmişik və gələn ilin sonuna qədər Ermənistanla sərhədə yol çəkiləcək. Lakin Ermənistanda heç bir iş görülmür”.
Son aylarda Ermənistan dəfələrlə hərbi təxribatlar törədib. Təkcə Laçın rayonunda 2021-ci ildə müharibədən sonra 1400-dən çox yeni mina qoyulub. “Biz dəfələrlə Ermənistana xəbərdarlıq etmişik ki, bu çirkin əməllərindən əl çəksin, əks halda peşman olacaq”, - Əliyev vurğulayıb.
“Sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri növbəti təxribatla düşməni dəf edib. Ümid edirəm ki, bu, nəhayət, onlara bir dərs olacaq. Bizi heç kimin zəngi və heç bir bəyanat dayandırmayacaq.
“Əgər Ermənistan bizi onların ərazilərini işğal etməkdə ittiham etməyə çalışırsa, bu əsassızdır. Sərhədin delimitasiyası aparılmadan onun hardan keçdiyini heç kim deyə bilməz.
“Ermənistan yaxşı düşünməlidir. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz və heç kimlə hesablaşa bilməz. Bir daha demək istəyirəm ki, heç kim və heç nə bizə mane ola bilməz”, - Əliyev vurğulayıb. -0-
Siyasət
-
Amnesty İnternational Azərbaycan prezidentinə iqtisadçı və siyasi fəal Qubad İbadoğlunu dərhal azad etmək çağırışı yer alan məktubla müraciət edib.
-
Azərbaycan prezidenti İlham Əliyev İranın şimalında İran prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İranın ali dini lideri Əli Xameneiyə başsağlığı verib.
-
Ayətullah Seyid İbrahim Rəisi və İran İslam Respublikasının 8-ci Prezidenti –bazar günü, mayın 19-u axşamüstü Qız Qalası bəndinin açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində hava qəzası keçirib– onu müşayən edən nümayəndə heyəti ilə birlikdə yüksək şəhidlik məqamına nail olmuşdur.
-
İran prezidentini İran-Azərbaycan sərhəddinə müşayiət edən İran dövlət televiziyasının müxbiri gecə yarısı helikopter qəzasının təfərrüatlarını bildirib.
Rəy yaz