Açiq mənbələrdən foto.
Senatorlar Azərbaycan SQ-nin bu yaxınlarda baş verən döyüşlərdə iştirak edən bölmələrinin ABŞ-dan yardım alıb-almadığını araşdırırlar
Vaşinqton/22.09.22/Turan: Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlərdən sonra Bayden Administrasiyası təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığa görə getdikcə artan təzyiqlə üzləşir, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.
Belə ki, prezidentliyə keçmiş namizədlər də daxil olmaqla, ABŞ-ın səkkiz senatoru çərşənbə günü dövlət katibi Entoni Blinkenə və müdafiə naziri Lloyd C.Ostinə məktub göndəriblər. Onlar Administrasiyanın Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olub-olmadığı ilə maraqlanırlar. Onlar həmçinin ABŞ-ın bu yaxınlarda döyüş əməliyyatlarında iştirak edən bölmələrə təhlükəsizlik sahəsində hər hansı yardım göstərib-göstərmədiyini bilmək istəyirlər.
Məktubu senatorlar Edvard C.Marki (Massaçusets), Debbi Stabenou (Miçiqan), Aleks Padilya (Kaliforniya), Ron Uayden (Oreqon), Kris Van Hollen (Merilend), Berni Sanders (Florida), Ceki Rozen (Nevada) və Kori Buker (Nyu Cersi) imzalayıblar.
Senatorlar hesab edirlər ki, mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan ABŞ-dan təhlükəsizlik sahəsində yardım almağa davam edir.
Administrasiyaya cavab üçün 2 həftə vaxt verilib. 0
-
- Cəmiyyət
- 22 Sentyabr 2022 10:55
-
- İqtisadiyyat
- 22 Sentyabr 2022 11:21
Siyasət
-
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
-
Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası çərçivəsində geodeziya ölçmələri əsasında artıq 20 sərhəd dirəyi quraşdırılıb.
-
Aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 18-dən 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq edir.
Rəy yaz