7 yaşlı uşağın ölümünə görə hansı dövlət qurumu məsuliyyət daşıyır? – Kəmalə Aşumova Çətin sualda

Bakı/02.05.23/Turan: Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 19 saylı məktəbin idman zalında 7 yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərdiyi istisna edilmir.

Niyə bir uşaq öldükdən və görüntülər yayıldıqdan sonra problem ortaya çıxır? Niyə nəzarət yoxdur? Dövlət qurumları vəzifələrini niyə vaxtında yerinə yetirmir ki, belə faciələr yaşanır? Baş verənlərə görə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsuliyyət daşımırmı?

Bütün bu suallara Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin İcraçı direktoru Kəmalə Aşumova Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində cavab verir. 

Rəy yaz

Çətin sual

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti