Açiq mənbələrdən foto.
Ekspert: “Minimum əməkhaqqının artırılması VÖEN ilə çalışanlar üçün pis xəbərdir”
Bakı/05.01.23/Turan: Azərbaycanda minimum əməkhaqqının 345 manata qaldırılması inflyasiyanın tempinə adekvat deyil. Bu fikri iqtisadçı ekspert, Respublikaçı Alternativ Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli Turan-ın müxbirilə söhbətində deyib.
Digər tərəfdən, bu artım VÖEN (vergi ödəyicisinin identifikasiya nömrəsi) üzrə çalışan 800 minə yaxın adamın Dövlət Sosial Müdafiə Fonduna icbari ödənişlərinin artmasına səbəb olacaq.
Bu ödənişlər minimum əməkhaqqının 25 faizini təşkil edir. Bəzi fəaliyyət növləri üzrə Dövlət Fonduna ödənişlər isə minimum əməkhaqqının 50 faizini təşkil edəcək. Ekspert hesab edir ki, Dövlət Fonduna ödənişlər minimum əməkhaqqına bağlanmamalıdır.
Qeyd edək ki, dövlət başçısının bugünkü sərəncamı ilə yanvarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. 16D
-
- İqtisadiyyat
- 5 Yanvar 2023 16:51
Cəmiyyət
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
-
Azərbaycan səhiyyə sahəsində əhəmiyyətli bir addım atmağa hazırdır, belə ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsini icbari tibbi sığorta sisteminə daxil etməyi planlaşdırır.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti meteoroloji hadisələr haqqında təxminlərdə rəng şkalasından istifadə edəcək. Bu barədə qurumun nümayəndələrinin bugünki mətbuat konfransında bildirilib.
-
Azərbaycanda bu il iki seçkinin keçiriləcəyi gözlənilir. Söhbət həm parlament, həm də bələdiyyə seçkilərindən gedir. Bələdiyyə seçkilərinin öz vaxtı elə bu ildir. Azərbaycanda sonuncu parlament seçkiləri isə dörd il əvvəl növbədənkənar (altı ay vaxtından əvvəl) keçirilib. Bu, hakim düşərgədə "islahatların sürətləndirilməsi" istəyi ilə izah edilib. Hərçənd, bəzi müxalifət partiyaları onu "seçkinin tez-tələsik saxtalaşdırılması" adlandırıb. Azərbaycanda parlament seçkiləri, qanunvericiliyə əsasən, beş ildən bir keçirilməlidir.
Ermənistandan gələn mesajlar sülh üçün ümid verirmi? – Elxan Şahinoğlu Çətin sualda
Xəbər lenti
-
- Böyük Şərq,
- 12:14
- 475
-
- Cəmiyyət,
- 12:05
- 375
Rəy yaz