Dövlət Departamenti B.Hacıyev və T.Yaqublunun işi ilə “ciddi” məşğul olduğunu bildirir

Vaşinqton/14.01.23/Turan: Dövlət Departamenti cümə günü Azərbaycanda son həbslər ilə “ciddi məşğul olduğunu” bildirib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat brifinqində  hökuməti tənqid edən Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsi ilə bağlı TURANın sualına cavabında deyib: “Bu, bizim ciddi şəkildə müraciət etdiyimiz və birbaşa qaldırdığımız məsələdir”.

"ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə qətiyyətlə sadiq qalır və bu halda biz bir daha Azərbaycan hökumətini öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc ifadə hüququna hörmət etməyə çağırırıq", - Patel deyib.

Fəal Hacıyev dekabrın əvvəlində saxlanılıb və ona “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamı irəli sürülüb

Tanınmış müxalifət xadimi və hakimiyyətin sərt tənqidçisi olan Yaqublu dekabrın 23-də Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə Bakının mərkəzində keçirilən etiraz aksiyasında saxlanılıb.

Hər ikisi Azərbaycan hakimiyyətinin qanunsuzluğuna etiraz olaraq hazırda həbsxanada aclıq aksiyası keçirir.

TURANın müxbirinin bu həftə xarici işlər naziri Ceyhun Bayramovla son telefon danışığı zamanı dövlət katibinin köməkçisi Karen Donfrid tərəfindən bu halların qaldırılıb-qaldırılmaması ilə bağlı sualına Patel belə cavab verib: “Bu, bizim çox diqqət yetirdiyimiz bir məsələdir və mən bir daha təkrar edəcəyəm ki, biz bu həbslərdən dərin narahatıq və hakimiyyətdən onları tez bir zamanda azad etməyə çağırırıq”. -0-

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti