Açiq mənbələrdən foto.
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində yeni missiya ilə bağlı xəbəri şərh edib
Bakı/17.01.23/Turan: Yanvarın 17-də Ermənistan KİV bildirib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədinə 200 nəfərdən ibarət uzunmüddətli (2 il) missiya göndərməyə hazırlaşır. Guya qərar layihəsi Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib və Antiböhran İdarəsinin Mülki Məsələlər Komitəsi onu təqdir edib.
Turan agentliyinin Avropa İttifaqının mənzil-qərargahına sorğusuna Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsinin ofisindən cavab gəlib. Cavabda deyilir:
"2022-ci il oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderlərinin əldə etdikləri dördtərəfli razılaşmaya uyğun olaraq və ali nümayəndə Borrelin təklifilə Avropa İttifaqı Ermənistana yerlərdə vəziyyətin monitorinqi üzrə missiya göndərib.
İkiaylıq mandat ərzində Avropa İttifaqının 40 eksperti monitorinq aparıb və 175-dən çox patrul xidməti həyata keçirib ki, bu da vəziyyətin sabitləşməsinə töhfə verib.
Avropa İttifaqının Cənubi Qafqazda iştirakında növbəti addım kimi hazırda keçid planlaşdırması üzrə yardım qrupu fəaliyyətə başlayıb. O, regionda davamlı sülhə yardım etmək üçün Avropa İttifaqının Ermənistanda mümkün uzunmüddətli missiyası üçün zəmin yaradır. Avropa İttifaqı gərginliyin azaldılması üzrə səylərin dəstəklənməsində öz iştirakını davam etdirəcək və münaqişənin hərtərəfli həlli üçün hər iki tərəflə sıx əməkdaşlığa sadiqdir”. 16B
-
- Maliyyə
- 17 Yanvar 2023 13:57
-
- İqtisadiyyat
- 17 Yanvar 2023 14:28
Siyasət
-
Aprelin 27-dən vətəndaşlar öz şəxsi avyomobillərilə Laçın şəhərinə gedə biləcəklər. Bu barədə aprelin 25-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
-
Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Səbuhi Məmmədovun muxtar respublikanın baş naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
-
Amnesty International təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında 2023-cü ildə insan hüquqları pozuntularının geniş yayıldığını vurğulayır.
-
Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarov İkinci Qarabağ Müharibəsi zamanı azad edilmiş Füzuli və Ağdam şəhərlərinə gediblər. Onlar Aran Qarabağın bu yaşayış məntəqələrində bərpa işlərilə tanış olublar.
Sanksiya çağırışı, beynəlxalq hesabatlar... – Fuad Həsənov Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Kənd təsərrüfatı,
- 13:01
- 161
Rəy yaz