ABŞ Qubad İbadoğlunun səhhətinin pisləşməsindən narahatdır
Vaşinqton D.C./31.10.23/Turan: ABŞ çərşənbə axşamı bir daha Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb, TURANın Vaşinqton müxbiri xəbər verir.
Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqində TURANın suallarını cavablandırarkən deyib: “Biz Qubad İbadoğlunun həbsindan narahatıq və onun səhhətinin pisləşməkdə davam etdiyi barədə xəbərlər bizi çox məyus edir.
O, daha sonra əlavə etdi: "Biz bir neçə dəfə Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırmışıq. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq hamının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq. Bunu həm açıq, həm də özəl şəkildə deyirik”
Azərbaycanda demokratik prinsiplərin və sosial-iqtisadi tərəqqinin müdafiəsi ilə məşğul olan hörmətli iqtisadçı İbadoğlu iyulun 23-də Bakıda saxta pul hazırlamaqda (40 min dollar) iddia etdikdən sonra saxlanılıb.
Ailəsinin bildirdiyinə görə, İbadoğlunun səhhəti saxlanıldığı müddətdə kəskin şəkildə pisləşir.
Həm ABŞ, həm Böyük Britaniya, həm də Aİ Azərbaycanı onun hüquqlarını və əsas azadlıqlarını qorumağa və humanitar əsaslarla azad etməyə çağırıb.
Bir neçə amerikalı qanunverici bu yaxınlarda katib Entoni Blinkenə məktub göndərərək Dövlət Departamentini doktor İbadoğlunun azad edilməsini müdafiə etməyə çağırıb.-0-
-
- Siyasət
- 31 Oktyabr 2023 23:43
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
-
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Səlcuq Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli fəalı İmran Qurbanov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan regional sədri Yaşar Bağırsoy bildirib.
-
Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani telefonla danışıblar.
Rəy yaz