Dövlət Departamenti “Politico” nəşrini təkzib edir, lakin Ermənistanın suverenliyinin pozulmasının ciddi nəticələri barədə xəbərdarlıq edir
Bakı/15.10.23/Turan: ABŞ Dövlət Departamenti oktyabrın 14-də “Politoco” nəşrindəki Amerikanın dövlət katibi Entoni Blinkenə istinad edərək yaxın həftələrdə Ermənistana hücum hazırladığını bildirən məqaləyə cavab verib.
Bu nəşrlə bağlı Dövlət Departamentinin sözçüsü bildirib: “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Biz vurğuladıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə səbəb olacaq.
Bu məqalədəki mesajlar qeyri-dəqiqdir və katib Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”. -0-
Siyasət
-
Mayın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev Umbaki təcridxanasıda quru aclıq aksiyası elan edib.
-
Mayın 16-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 3 yeni qərar və qərardadını elan edib.
-
Bu gün Gəncə Apellyasiya Məhkəməsində demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verilmiş şikayətə baxılması başa çatıb.
-
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Ələsgər Məmmədlidən aprelin 26-da götürülən təhlilin nəticələri haqqında məlumat verib.
Rəy yaz