Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/02.02.23/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlı saxlanıldığı bildirilir.

Fəalın anası Kəmalə Rəhimli Turana bildirib ki, oğlu səhər işə getmək üçün evdən çıxıb amma bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb. "İşə gəlib çıxmayıb, telefonuna da zəng çatmır. Ola bilsin ki, saxlanılıb. Çünki dünən Bəxtiyar Hacıyevin məhkəməsində müsahibə verərkən onu qıraraqdan polis əməkdaşı çəkirdi".

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi  Elşad Hacıyev Turan-a bildirib ki, Baxışlı  İnzibati xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaqda) təgsirli bilinib və 30 sutka müddətinə həbs edilib.

Qərar Xətai məhkəməsi tərəfindən verilib. 21B06

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti