Açiq mənbələrdən foto.
Apellyasiya Məhkəməsi fotoblogeri həbsdə saxlayıb
Bakı/11.02.23/Turan: Fevralın 10-da Bakı Apellyasiya Məhkəməsində fotobloger Vəli Şükürovun inzibati həbsindən verilmiş şikayətə baxılıb.
O, fevralın 4-də axşam saxlanılıb və növbəti gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddəsi ilə 30 gün müddətinə həbs olunub.
Müdafiə tərəfi Şükürovun həbsinin qanunsuz olduğunu bildirib.
Vəkil Zibeydə Sadıqovanın jurnalistlərə verdiyi məlumata görə, inzibati işdə Şükürovun "küçədə özünü qeyri-adekvat apardığı", polis ona yaxınlaşdıqda isə guya "tabe olmadığı" və "qaçmağa başladığı" iddia olunur.
"Vəli Şükürov yaşadığı evin həyətində saxlanılıb. Amma polisin protokolunda onun başqa yerdə saxlanıldığı qeyd edilir. Biz Şükürovun yaşadığı evin həyətindəki videomüşahidə kameralarının görüntülərinin izlənməsi haqqıında vəsatət verdik. Polisin Şükürovun saxlanıldığını iddia etdiyi yerdə də kameralar var. Videokameraların görüntülərinin izlənməsi Şükürovun polisin protokolda qeyd etdiyi vaxtda və yerdə olmadığını göstərərdi", deyə Sadıqova qeyd edib.
O, həmçinin bildirib ki, ona fevralın 5-də Yasamal Rayon Məhkəməsində Şükürovun işi üzrə prosesdə iştirak etmək imkanı yaradılmayıb. Vəkilə məhkəmənin vaxtı haqqında gec məlumat verilib və o, iclasa çatmayıb.
Onun sözlərinə görə, prosesdə Şükürov birinci instansiya məhkəməsinin qərarında onun guya "yol verdiyi hüquq pozuntularına görə peşman olduğunun" yazılmasına etiraz edib.
"Amma maraqlıdır ki, məhkəmə öz qərarında Şükürovun "yol verdiyi hüquq pozuntularına görə peşman olduğunu" iddia etsə də, bunu yüngülləşdirici hal kimi nəzərə almayıb və ona maksimum cəza verib", deyə vəkil qeyd edib.
Apellyasiya Məhkəməsi müdafiə tərəfin heç bir vəsatətini təmin etməyib və sonda şikayəti də təmin etməyib.
İnzibati işlərdə Apellyasiya Məhkəməsi ən yüksək şikayət instansiyasıdır. Amma gələcəkdə fotobloger Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər.
Bir müddət əvvəl Fotoblogerin həyat yoldaşı Aytac Ələnur bildirib ki, Şükürov saxlanılmazdan əvvəl, fevralın 4-də Binəqədi Rayon Polis İdarəsinə çağırılıb. Burada Şükürovu üç il əvvəl sahibi hansısa məmur olan avtomobil haqqında məlumat aldığı bir polis əməkdaşı haqqında sorğu-sual ediblər.
Fotoblogerin həmkarları hesab edirlər ki, Şükürovun həbsinin əsl səbəbi məhz bu olub.
DİN-in mətbuat xidməti Şükürovun təqibində qanun pozuntusuna yol verməsindən başqa bir motiv olduğu haqqında iddiaları təkzib edib. 06В
-
- Siyasət
- 11 Fevral 2023 11:11
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rusiya sülhməramlıları niyə gəlmişdi, niyə getdi? – Şücaət Əhmədzadə Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 13:03
- 260
Rəy yaz