Photo TURAN.
Bəxtiyar Hacıyevi azad etməyən məhkəmənin qarşısında etiraz aksiyası
Bakı/20.02.23/Turan: Bazar ertəsi bir qrup vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevi həbsdən azad etməyən Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirib. Onlar "Öldürmə, azad et!", "Azadlıq Bəxtiyarın haqqıdır!» şüarlarını səsləndiriblər.
Polis aksiya iştirakçılarını məhkəmə binasından uzaqlaşdırıb və beş nəfəri saxlayıb: Afiyəddin Məmmədov, Samir Sultanov, Nemət Abbasov, Əli Məlikov və Nərmin Şahmarzadə.
Digər iştirakçılar jurnalistlərə bildiriblər ki, Bəxtiyar hər an ölə bilər və dərhal sərbəst buraxılmalıdır. Lakin hakim Habil Məmmədov bunu nəzərə almayıb.
Bu gün Bəxtiyar məhkəməyə məcburi gətirilib, baxmayaraq ki, vəziyyəti pis olduğundan məhkəmədə iştirak etməmək üçün yazılı müraciət edib. Yolda halı pisləşib və öd qusub, aksiya iştirakçıları deyiblər.
Onlar bildiriblər ki, ictimai yerlərdə etiraz aksiyalarını davam etdirəcəklər. 02B
-
- Siyasət
- 20 Fevral 2023 16:02
Cəmiyyət
-
İsti ayların gəlməsilə Azərbaycanın kənd yerlərində onilliklər boyu həll olunmayan bərk məişət tullantılarının toplanması problemi yenidən aktuallaşır.
-
Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən qitə birinciliyində böyüklər arasında şahmat üzrə Avropa çempionu olub.
-
Aprelin 30-da Bakıda və Abşeronda yağıntısız isti hava şəraiti davam edəcək. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyinə gedəcək. Gündüz havanın temperaturu müsbət 25+30 dərəcəyə yüksələcək.
-
Avropa Parlamenti aprelin 25-də Avropa İttifaqını (Aİ) Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa, gələcəkdə istənilən əməkdaşlıq barədə razılaşmanın şərti kimi bütün siyasi dustaqların azad olunması və insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb etməyə çağıran qətnamə qəbul edib.
Rəy yaz