ABŞ yenidən Bəxtiyar Hacıyevin tezliklə azadlığa buraxılmasına çağırıb
Vaşinqton/11.02.23/Turan: “Biz azərbaycanlı fəal Bəxtiyar Hacıyevin ötən dekabr - Beynəlxalq İnsan Haqları Günündən bəri həbsdə qalmasından və onun siyasi motivli hesab olunan ittihamlarla üzləşməsindən dərin narahatıq”. TURANın Vaşinqton müxbiri xəbər verir ki, bunu ABŞ Dövlət Departamentin rəsmisi Ned Prays şənbə günü deyib.
Müstəqil həkimin sözlərinə görə, aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevin vəziyyəti ciddi şəkildə pisləşib və o, komaya düşə bilər, Prays qeyd edib.
“Birləşmiş Ştatlar cənab Hacıyevin tezliklə azad edilməsinə və əsas azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısının azad edilməsinə çağırır.
Birləşmiş Ştatlar insan hüquqlarına hörməti təşviq etmək, insan haqları müdafiəçilərini dəstəkləmək və insan hüquqlarının pozulmasına yol verənləri məsuliyyətə cəlb etmək öhdəliyinə qətiyyətlə sadiqdir.
Biz sistemli islahatlara, Azərbaycanda və dünyada insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı bütün addımları təşviq edirik”, - Dövlət Departamentinin bəyanatında deyilir. -0-
-
- Dünyada
- 11 Fevral 2023 21:17
Siyasət
-
Bu gün vəkil Elmar Süleymanov 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.
-
1 May - Beynəlxalq Əmək Günündə işçi haqları fəalları işçilərlə həmrəy olduqlarını nümayiş etdirmək üçün Bakının Mərkəzi Parkında yerləşən körpüyə "Sahib olduğunuz sərvət işçilərdən oğurluqdur" bannerini asıblar.
-
Mayın 1-də Azərbaycan prezidenti İlham Əliyev İraq Respublikası parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
-
Bakı Şəhər İcra hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib. Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.
Rəy yaz