Senatorlar Dik Durbin və Ben Kardin

Senatorlar Dik Durbin və Ben Kardin

Vaşinqton/14.02.23/Turan: Bazar ertəsi ABŞ-ın mühüm senatorları Azərbaycan hakimiyyətini fəal Bəxtiyar Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməyə çağırıblar, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Mən hələ də hesab edirəm ki, Azərbaycanın gələcəyi demokratiya birliyində olmalıdır, amma fəal Bəxtiyar Hacıyev kimi siyasi məhbusların həbsi bu yolu sarsıdır",- Senatda senator Dik Durbin bildirib.

"Azərbaycan Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməlidir", -  o, Twitter hesabında yazıb.

Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin də Azərbaycan hökumətini "dekabr ayından haqsız olaraq saxta bəhanələrlə saxlanılan" Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıb.

"Biz insan hüquqlarını pozmaq istəyən hər kəsi məsuliyyətə cəlb edə bilərik və edəcəyik", - Cardin Twitter hesabında qeyd edib.

Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. O bu ittihamları qəti şəkildə rədd edir və aclıq elan edib.

Senatorların tvitləri şənbə günü Dövlət Departamenti yenidən Hacıyevin tezliklə azad edilməsinə çağırdıqdan və fəalın səhhətinin ciddi şəkildə pisləşdiyini və komaya düşmə riskinin olduğunu qeyd etdikdən sonra yayılıb.

Daha sonra həftə sonu Derpartament demokratiya, insan hüquqları Bürosunun Twitter hesabında aşağıdakıları dərc edib: "Biz Azərbaycan hakimiyyətini hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevi, Elçin Məmmədovu və əsas azadlıqları həyata keçirdiklərinə görə həbs olunanların hamısını dərhal azad etməyə, Elçin Sadıqovun üzərindən ev dustaqlığını və ittihamları götürməyə çağırırıq". 25B

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti