Vedant Patel
Bayden Administrasiyası Cənubi Qafqazda sülhün bərqərar edilməsi üzərində "işi davam etdirir" - Dövlət Departamenti
Vaşinqton/17.02.23/Turan: Bayden Administrasiyası Cənubi Qafqazda sülh "üzərində işi davam etdirir", bu barədə cümə axşamı Dövlət Departamenti bildirib. "Bu, dövlət katibi Entoni Blinkenin diqqət yetirdiyi məsələdir", deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqdə bildirib.
"Biz möhkəm sülhə nail olmağımıza kömək edə biləcək istənilən səyi alqışlayırıq", deyə o, Blinkenin Münhen Təhlükəsizlik Konfransına getməsindən əvvəl bildirib.
Turan-ın müxbiri Pateldən bu yaxınlarda Qafqaz üzrə nümayəndə təyin edilmiş Lui Bononun Münhendə dövlət katibini müşaiyət edib-etməyəcəyini və onun regiona səfər planlaşdırıb-planlaşdırmadığını soruşub.
Dövlət Departamentinin nümayəndəsi suala birbaşa cavabdan yayınıb, "bunun üçün heç bir maneə olmadığını" bildirib.
Fevralın 1-də dövlət katibi Blinken karyeralı diplomat Bononu bu yaxınlarda istefa verən Filipp Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib. 0
-
- Siyasət
- 17 Fevral 2023 08:58
Siyasət
-
Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. O, bu barədə mayın 18-də iqamətgahında keçirdiyi brifinqdə məlumat verib.
-
Mayın 15-də istintaq təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin olan ailə üzvləri onuntaleyindən narahatdər. Mayın 16-dan bəri o ailsi əlaqə saxlamayıb və onun haqqında heç bir məlumat yoxdur.
-
İranın Energetika Nazirliyinin məlumatına görə, bazar günü İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Qız Qalası" və "Xudafərin" bəndlərinin açılış mərasimi olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.
Rəy yaz